3 məhbusun başı kəsildi

Braziliyada son həftə ərzində üçüncü həbsxana şiyamı yaşanıb. Ölkənin şimal-şərqindəki Natal şəhərində yerləşən "Alkazuz" həbsxanasında qiyam qaldıran məhbuslar islah müəssisəsinin binalarını ələ keçirmişdilər.

Braziliyada son həftə ərzində üçüncü həbsxana şiyamı yaşanıb. Ölkənin şimal-şərqindəki Natal şəhərində yerləşən "Alkazuz" həbsxanasında qiyam qaldıran məhbuslar islah müəssisəsinin binalarını ələ keçirmişdilər. Bu zaman 3 məhbusun başı kəsilib. "Həlak olanlar çoxdur. Qiyamın səbəbi həbsxanada iki narkokartelin mənsubları arasındakı qarşılaşmadır", - Riu Qrandi du Norti ştatının penitensiar sisteminin rəhbəri, mayor Vellinqton Kamilo deyib. Onun sözlərinə görə, həbsxanadan məhbusların qaçmasına imkan verilməyib. Ötən həftə Amazonas və Rorayma ştatlarındakı iki həbsxanadakı qiyamlarda 100-dən artıq məhbus həlak olmuşdu. Bu barədə Milli.az O Globo-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31