Gündəm
Məcburi köçkünlər üçün ikiqat sürpriz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə əhalinin, xüsusilə məcburi köçkünlırin sosial problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılması istiqamətində imzalamış olduğu fərman və sərəncamlar dövlət başçısının bu sahəyə nə qədər həssas yanaşdığını bir daha təsdiqləmiş oldu. Bir neçə gün əvvəl Prezidentin məcburi köçkünlərə verilən aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu təbəqədən olan insanlar da nə qədər sevinc hissi yaratmışdısa, yanvarın 24-də dövlət başçısı tərəfindən imzalanmış işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı da məcburi köçkünlərdə bir o qədər ruh yüksəkliyinə səbəb oldu.
Donald Tramp ABŞ-ın dünyadakı nüfuzunu bərpa etməyə çalışacaq
Amerika Birləşmiş Ştatlarını idarə etməyə start götürən Donald Trampın atacağı addımlar ölkə ictimaiyyəti, eləcə də dünya ölkələri üçün maraq doğurur. Düzdür, Tramp hələ prezidentliyə namizədliyi dövründə həyata keçirəcəyi daxili və xarici siyasətin cizgilərini elan etmişdi. Lakin məlum məsələdir ki, siyasi proseslərin gedişindən asılı olaraq namizdəlik platformasında əksini tapmış tezislərin dəyişdirilməsi zərurəti yaranır.
Azərbaycan korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi irəliləyişə nail olub
Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarına qarşı aparılan mübarizə öz müsbət nəticələrini göstərir. İldən-ilə bu sahədə vəziyyətin yaxşılaşması beynəlxalq təşkilatlar, bu sahədə araşdırma aparan qurumlar tərəfindən də təqdirəlayiq hal kimi xarakterizə edilir. Bu günlərdə “Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatının 2016-cı il üçün açıqladığı Korrupsiya Qavrama İndeksində də qeyd edilən sahədə müsbət çalarlara rast gəlmək mümkündür. Belə ki, 2016-ci ildə Azərbaycan indeksdə 30 balla 176 ölkə arasında 123-cı sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Odur ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. 2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu yeri tutmuşdu. Azərbaycanın 2016 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. 2016 KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.
“Daşıdığımız ideyalar bizi yenilməz və güclü edəcək”
Hər xalqın öz tarixi var.Yeni millətlər anlayışı dünyada çox ehtiyatla qəbul olunur. Əksinə, qədimləşmək tendensiyası daha güclüdür. Min il yaşı olmayanı az qala hibrid siyasi orqanizm hesab edir, tutullu millətlər sırasında onlara şərəfli yer vermək istəmirlər.
Bu dövlətin sosial layihələrinin davamıdır
Azərbaycan sosial dövlət olduğundan onun daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlət başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.
Qənirə Paşayevadan Avropa Şurasına çağırış
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva müzakirələrdə çıxış edib. Millət vəkili Qənirə Paşayeva ilk öncə şəhid Çingiz Qurbanovla bağlı danışaraq, adıçəkilən qurumu onun cəsədinin Azərbaycana qaytarılması istiqamətində fəaliyyətini artırmağa çağırıb. Q.Paşayeva çıxışında Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət ayırıb: “Baş katib cənab Yaqlanda təşəkkür edirəm.
Məhkəmə Maşallah Əhmədova sonuncu dəfə vaxt verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M. Əhmədova son söz verilib. O, yenidən son söz deməkdən imtina edib. Qeyd edib ki, söz verdiyi kimi, zərərçəkmişə 50 min manat yox, 45 min manat pul təklif edib: "Ancaq zərərçəkmiş bu pulu qəbul etmədi. Dedim ki, əlavə 5 min manat da verəcəm. Bu pulu mən dostdan, tanışdan almışam"
Lavrov: "50 ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək istəyir"
"50-dək ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "Hökumət saatı"nda çıxışı zamanı bildirib. O, bunun Rusiyaya Asiya-Sakit okeanı regionunda inteqrasiya prosesinə daxil olmağa kömək etdiyini vurğulayıb.
"Bu göstərir ki, Azərbaycan dövləti işğal edilən ərazilərini bərpa edəcək"
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı böyük əhəmiyyət daşıyan sənəddir”. Bunu millət vəkili Musa Qasımlı deyib.
Deputat: " Sərəncam Dağlıq Qarabağa qayıdışın bir əlamətidir"
“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı ölkə başçısın siyasi iradəsini göstərdi". Bunu 118 saylı Ağdam şəhər seçki dairəsindən seçilən millət vəkili Bəxtiyar Əliyev deyib.
Sərkisyanı ciddi sınaq gözləyir
Erməınistan prezidenti hakimiyyətinin ömrünü uzatmaq üşüm növbəti dəfə qarşıdurmaya gedəcək Ermənistanın mövcud hakimiyyəti uzun illərdir ki, mənimsədiyi kreslonu əldən verməmək üçün dəridən-qabıqdan çıxır.
İlin ilk üç həftəsində üç “Cek Pot” uduldu
2017-ci ilin ilin ilk günlərindən qeydə alınmağa başlayan sanballı uduşlar ötən ilin sonlarında “Qış Möcüzəsi”, “Super Binqo” və “Yeni il Sevincləri” lotereyalarının tirajlarında udulan çoxsaylı uduşların, o cümlədən 15 ədəd 10 min manat məbləğində pul uduşları lotereya həvəskarlarında doğurduğu pozitiv ovqatı daha da yüksəltdi. Cari ilin ilk “Cek Pot” uduşu yanvarın 6-sında qeydə alındı. Həmin axşam “5/36” lotereyasının 112 min 150 manat məbləğində “Cek Pot”u daha bir həmvətənimizin evinə sevinc gətirdi.
Somalidə silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb
Somalinin paytaxtı Moqadişoda silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb. Silahlılar minalanmış avtomobillə ölkə parlamenti yaxınlığında yerləşən mehmanxanaya hücum edib. Ardıcıl iki partlayış baş verib. Mehmanxanaya daxil olan silahlılar atəş açıblar. Nəticədə 4 jurnalist xəsarət alıb.
Putinlə Tramp nə vaxt danışacaqlar?
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasındakı danışıqların vaxtı hələlik razılaşdırılmayıb.
Rusiya-ABŞ münasibətlərinə dəyən zərəri aradan qaldırmaq üçün ciddi iş tələb olunur
"Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya ilə ABŞ arasında normal əlaqələrin yaradılmasının lehinə olan mövqeyini bölüşür". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən "Hökumət saatı"nda çıxışında bildirib. O deyib ki, Barak Obama dövründə Rusiya-ABŞ münasibətlərinə dəyən ziyanı aradan qaldırmaq üçün vaxt və ciddi iş tələb olunur: "Biz, prezident Putin qeyd etdiyi kimi, xalqlarımızın və qlobal təhlükəsizlik və sabitlik maraqları baxımından münasibətlərin sağlamlaşdırılmasına hazırıq".














