Gündəm
Toylarına 4 gün qalan nişanlı cütlüyün faciəvi AYRILIĞI
Türkiyədə ağır yol qəzası baş verib. Kayseridə baş verən qəzada nişanlı cütlük ağır yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılsalar da, qız dünyasını dəyişib. Oğlan isə yaralıdır. Qızın cəsədi bu gün günortadan sonra torpağa tapşırılacaq. Ailəsinin verdiyi məlumata görə, nişanlılar 4 gün sonra, 29 yanvarda toy edəcəkdilər. Bu barədə Milli.az "Milliyet"ə istinadla xəbər verir.
Komitə iş planını təsdiqlədi
Yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu ilin yaz sessiyasında ilk iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda komitənin 2016-cı il payız sessiyası dövründə gördüyü işlər və bu ilin yaz sessiyasının qanunvericilik işləri planı məsələlərinə baxılıb. Komitə sədri Aqiyə Naxçıvanlı deyib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib: “Bu iclaslarda 4 məsələ, o cümlədən 4 qanun layihəsi geniş müzakirə edilib.
Erkən nikahların sayı artıb
"Azərbaycanda erkən nikahların, boşanmaların və uşaqların məktəbdən yayınma hallarının sayı xeyli artıb”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında millət vəkili Tahir Rzayev deyib.
"İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq
Milli Məclisdə “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi üzrə İşçi Qrupu yaradılıb. Bu barədə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bilirib.İ. Həbibbəylinin rəhbərlik edəcəyi İşçi Qrupuna millət vəkilləri və müvafiq strukturların nümayəndələri daxil edilib. Komitə sədri yaz sessiyasının sonuna qədər qanun layihəsinin hazırlanmasının qarşıya məqsəd kimi qoyulduğunu söyləyib: "İndiyə qədər ilk peşə-ixtisas təsili müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi əsasnamələr əsasında idarə edilib. Bu sahədə qanun ilk dəfə hazırlanacaq”
Rumıniya səfiri BANM-də olub görüş keçirib
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Bakı Ali Neft Məktəbində professor-müəllim heyəti və tələbələrlə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, səfir çıxışında 24 yanvar 1859-cu il tarixinin Rumıniya dövlətinin yaranması günü olduğunu bildirib və bu tarixi günün əhəmiyyəti haqqında məlumat verib.
“Ali təhsil haqqında” qanun hazırlanacaq
Yaxın vaxtlarda orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Bu barədə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bildirib. İ. Həbibbəyli deyib ki, qanun layihələri müvafiq olaraq mərhələlərlə hazırlanır: “Biz ilk olaraq “Elm haqqında” qanun layihəsini qəbul etdik. Daha sonra “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlandı. Yaz sessiyasında bu qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulub. Yaz sessiyası dövründə “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üzərində iş gedəcək. İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Biz bu sahədə məntiqə uyğun, ardıcıllıqla fəaliyyət göstəririk”.
Həmyerlimiz Rusiyada baş nazirin müavini təyin edilib
Həmyerlimiz Fərhad Səmədov Rusiyanın Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək. Qeyd edə kki, Fərhad Astanoğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.
İslam Həmrəyliyi Oyunlarının Könüllüləri arasında sorğu keçirilib
2017-ci il 12-22 may tarixləri arasında Bakı şəhərinin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərən “Könüllülər Proqramı”na müraciət etmiş namizədlər arasında bu proqramın özəlliklərini müəyyən etmək məqsədi ilə sorğu keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, 1000 nəfər namizəd arasında keçirilən sorğunun əsas məqsədi onları Bakı 2017 Könüllülük Proqramına müraciət etməyə ilhamlandıran səbəbləri, həmçinin, layihədən gözləntilərini öyrənmək olub. Sorğu nəticəsində müəyyən olunub ki, Oyunların bir parçası olmaq arzusunda olan könüllülərin 24%-i bundan öncə ilk Avropa Oyunlarında fəaliyyət göstərənlərdir.
İspaniyada uşaqlarla dolu avtobus aşıb - 17 yaralı
İspaniyanın paytaxtı Madrid yaxınlığında məktəbliləri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 17 uşaq xəsarət alıb. Avtobusda 25 şagirdin olduğu barədə məlumat verilib. Qəza avtobusun döngədə idarəetməni itirməsi nəticəsində baş verib. Yaralılar xəstəxanalara yerləşdirilib. Onların həyatına heç bir təhlükə olmadığı bildirilir. Trend.az
Xüsusi internat məktəbində xeyriyyə tədbiri
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli xüsusi internat məktəbində xeyriyyə tədbiri keçirilib.
Deputat: "Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcıdır"
"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı çox ciddi bir addımdır".
“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah”
Yanvarın 25-27 tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) dəstəyi ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. İlk dəfə keçiriləcək regional seminarın rəsmi açılış mərasimi 25 yanvar tarixində, saat 10:00-da baş tutacaq.
Yaponiya filmləri festivalı təşkil olunacaq
Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq. Yaponiyanın ölkəmizdəki səfirliyindən bildirilib ki, “Landmark” biznes-mərkəzində gerçəkləşəcək festival yanvarın 29-dək davam edəcək. Festival çərçivəsində 5 yapon filmi - “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” adlı ekran əsərləri təqdim olunacaq.
Mədəniyyət Mərkəzində Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı konsert proqramı ilə qonaq olub
Ötən gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı konsert proqramı ilə qonaq olub.
Baş nazir referendumun vaxtını açıqladı
“Konstitusiya dəyişiklikləri üzrə referendum böyük ehtimalla aprel ayının ilk yarısında, ayın 20-sinə qədər uyğun bir tarixdə keçiriləcək”.













