“Ali təhsil haqqında” qanun hazırlanacaq

Yaxın vaxtlarda orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Bu barədə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bildirib. İ. Həbibbəyli deyib ki, qanun layihələri müvafiq olaraq mərhələlərlə hazırlanır: “Biz ilk olaraq “Elm haqqında” qanun layihəsini qəbul etdik. Daha sonra “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlandı. Yaz sessiyasında bu qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulub. Yaz sessiyası dövründə “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üzərində iş gedəcək. İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Biz bu sahədə məntiqə uyğun, ardıcıllıqla fəaliyyət göstəririk”.

Yaxın vaxtlarda orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Bu barədə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bildirib. İ. Həbibbəyli deyib ki, qanun layihələri müvafiq olaraq mərhələlərlə hazırlanır: "Biz ilk olaraq "Elm haqqında" qanun layihəsini qəbul etdik. Daha sonra "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi hazırlandı. Yaz sessiyasında bu qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulub. Yaz sessiyası dövründə "İlk peşə-ixtisas təhsili haqqında" qanun layihəsinin hazırlanması üzərində iş gedəcək. İlk peşə-ixtisas təhsili haqqında" qanun layihəsi hazırlandıqdan sonra orta ümumtəhsil və ali təhsil haqqında qanun layihələrinin hazırlanması gündəmə gələcək. Biz bu sahədə məntiqə uyğun, ardıcıllıqla fəaliyyət göstəririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31