Rumıniya səfiri BANM-də olub görüş keçirib

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Bakı Ali Neft Məktəbində professor-müəllim heyəti və tələbələrlə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, səfir çıxışında 24 yanvar 1859-cu il tarixinin Rumıniya dövlətinin yaranması günü olduğunu bildirib və bu tarixi günün əhəmiyyəti haqqında məlumat verib.

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Bakı Ali Neft Məktəbində professor-müəllim heyəti və tələbələrlə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, səfir çıxışında 24 yanvar 1859-cu il tarixinin Rumıniya dövlətinin yaranması günü olduğunu bildirib və bu tarixi günün əhəmiyyəti haqqında məlumat verib. Cənab D.İanku ölkəsinin tarixindən, xüsusilə neft sənayesinin 19-cu əsrdən başlayan inkişaf tarixindən söz açıb. Səfir vurğulayıb ki, Azərbaycan kimi, Rumıniya da bərpaolunan və alternativ enerji mənbələrinin istifadə olunması sahəsində səylər göstərir. Diplomat ölkəsinin Azərbaycanla əməkdaşlığı çoxsaylı istiqamətlərdə daha da genişləndirməkdə, o cümlədən BANM və Rumıniya universitetləri arasında tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulamış, qeyd edib ki, bu istiqamətdə görülən tədbirlərə dəstək göstəriləcəkdir. Görüşün sonunda səfir sualları cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31