Gündəm

Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam təqdir edilir

25 Yanvar 2017 14:10

“Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmişCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və “Böyük Qayıdış”ın ilk müjdəsidir”. Bunu bu gün Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası zamanı millət vəkili Astan Şahverdiyev deyib.

Çocuq Mərcanlı kəndi minalardan təmizlənəcək

25 Yanvar 2017 14:06

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən işğaldan azad olunmuş Cəbrayıl rayonu Çocuq Mərcanlı kəndi ərazisində bərpadan öncə minalardan təmizlənmə işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu barədə Adil Aslanov deyib.

Boşanmaların İLGİNC SƏBƏBLƏRİ

25 Yanvar 2017 14:04

2016-cı ilin 11 ayı ərzində Azərbaycanda qeydə alınan boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-noyabr ayları ərzində 12 min boşanma halı qeydə alınıb.

"Azad olunmuş torpaqlarda vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq"

25 Yanvar 2017 14:02

"Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi bunun bariz bir nümunəsidir".

Məcburi köçkünlərdən kimlərə müavinət verilməyəcək? - SİYAHI

25 Yanvar 2017 14:00

Dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən zabitlərə və digər məsul vəzifəli məcburi köçkünlərə 36 manat aylıq müavinət verilməyəcək. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları təsdiqlənib və işlər həmin qaydalar əsasında icra ediləcək.  

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

25 Yanvar 2017 13:58

"Biz həmişə demişik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür". Bunu  Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

19 yaşlı qız donub, öldü

25 Yanvar 2017 13:56

Almaniyanın Kassel şəhərindən qız cəsədi tapılıb. 19 yaşlı Tanya Hollşteynin donaraq öldüyü məlum olub. Polisin açıqlamasına görə, Tanya bazar günü gecə evdən siqaret çəkmək adı ilə çıxıb, geri qayıtmayıb. Bu barədə Milli.az "Sabah"a istinadla xəbər verir.

Sevgilisi hamilə qadını qonşusu ilə aldatdı, biabır oldu

25 Yanvar 2017 13:55

Londonda qəribə hadisə baş verib. Londonda yaşayan Daniella Devis adlı qadın sevgilisindən hamilə qalıb. O, sevgilisi ilə birlikdə yaşamaq qərarına gəlib və onların evinə köçüb. Lakin sevgilisinin bütün gün telefonla mesajlaşmasından şübhələnən qadın onu izləyib. Sevgilisinin ona üst qonşusu ilə xəyanət etdiyini öyrənən qadın şoka düşüb. O, stress keçirib. Qadın fərqli üsulla intiqam almaq qərarına gəlib. Belə ki, Daniella sevgilsinin mesajlarını skrin edərək onun feysbuk lövhəsində yayımlayıb. Çılpaq şəkilləri və mesajları yayılan oğlan biabır olub. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verir.

AFFA rəsmiləri UEFA prezidenti ilə görüşə yollanıb

25 Yanvar 2017 13:52

İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa işə başlayıb. 

ABŞ Meksika ilə sərhəddə divar hörməyə başlayıb

25 Yanvar 2017 13:51

ABŞ Meksika ilə sərhəddə divar hörməyə başlayıb. ABŞ prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, 7 ölkənin - İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulacaq. Bu qadağa 4 ay sürəcək. Meksika prezidenti Enrike Nyeto divarın hörülməsinə pul ödəməyəcəklərini bildirib. Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Akif Çovdarovun səhhəti ilə əlaqədar məhkəmə təxirə salınıb - YENİLƏNİB

25 Yanvar 2017 13:49

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

Novruz çərşənbələrinin vaxtı AÇIQLANDI

25 Yanvar 2017 13:46

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı açıqlanıb. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov  bildirib ki, 2017-ci ildə ilk Novruz çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək. Onun sözlərinə görə, fevralın 21-də ilk çərşənbə - Su, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq. X.Mikayılov qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 14:29-də olacaq.

Yaxşı şərait olan yerdə hər fəsil gözəldir

25 Yanvar 2017 13:43

Bu il Naxçıvan Muxtar Respublikasında qış fəsli bir az sərt keçir. Bir aydan artıqdır ki, temperator 0 dərəcədən aşağıdır. Yağan qar Naxçıvana ayrı bir gözəllik bəxş edib. "Şərq qapısı" qəzeti bugünkü nömrəsində "Naxçıvanın qış lövhələri" adlı fotoreportaj dərc edib.  Qəzetin əməkdaşı Səbuhi Hüseynovun bununla bağlı hazırladığı yazını və fotomüxbir Əli Xudiyevin çəkdiyi fotoşəkilləri oxuculara təqdim edirik.

Qadın ofisiantlar bir-birini bıçaqladı

25 Yanvar 2017 13:39

Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb. Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Binəqədi qəsəbəsində məhəllədə fəaliyyət göstərən kafedə iki qadın ofisiant arasında dava düşüb. Mübahisə zamanı Xəyalə Əsgərova həmkarı Aynur Kərimovanın ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan A.Kərimova 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları X.Əsgərovanı şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Dələduzluqla “pul qazananlar” saxlandı

25 Yanvar 2017 13:38

Dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakinləri saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Bakı şəhər sakini Hidayət Mustafayevin və qardaşı Zahidin 350 manat pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Samir Dadaşov saxlanılıb. Eyni zamanda Nəsimi Rayin Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 15-də Bakı şəhər sakini Nihat Məmmədovun 1020 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Afət Səlimova tutulub.