Gündəm
23 yaşlı gənc hamamda boğulub
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Bakıda fəhləliklə məşğul olan Astara rayon sakini, 23 yaşlı Fərid Kərimov kirayədə qaldığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.
Akkumlyator oğrusu tutulub
Akkumlyator oğurlamaqda şübhəli bilinən Ağcabədi şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-nə keçən gecə şəhər ərazisində Laçın rayon sakini İman Hüseynova məxsus “VAZ-2106” markalı avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Şahin Cəmilov tutulub.
Gənclər Təşkilatarı Milli Şurasının sədr müavini beynəxalq tədbirdə
Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Bolqarıstanın Varna şəhərində keçirilən “100% Gənclər üçün şəhər” layihəsində iştirak edib. Təşkilatın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə Portuqaliya Milli Agentliyi və Braqa şəhərinin meriyası tərəfindən həyata keçirilir.
BMT-nin rezident əlaqələndiricisi Miqrasiya Xidmətində olub
Dövlət Miqrasiya Xidmətində BMT-nin rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Fondunun rezident nümayəndəsi Qulam İsakzai ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BMT-nin müvafiq qurumları ilə Xidmət arasında uzun müddət həyata keçirilən əməkdaşlığa nəzər salınıb.
Mülayim şimal-qərb küləyi əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Gənc yazarlar üçün müsabiqə
Tanınmış yazıçı, AYB-nin katibi İlqar Fəhmi bildirib ki, ssenari kurslarının iştirakçıları ümumi nəzəri biliklərə yiyələnəcəklər. Kurslarda iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdu.
“Azərbaycan” jurnalının yeni nömrəsi
“Azərbaycan” jurnalının yeni nömrəsi işıq üzü görüb. Jurnalın bu nömrəsi akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun “Yaşa, yaşa , çox yaşa” yazısı ilə açılır. Akademik bu yazıda 95 illik “Azərbaycan” jurnalı ilə bağlı düşüncələrini oxucularla bölüşür.
Allahyar Cavanşirov – 110
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Məktəblilər ekoloji sahədə maarifləndirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.
Mübariz Qurbanlı İrana səfər edib
İran İslam Respublikasında Məşhəd şəhərinin 2017-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinin açılış mərasimi baş tutub. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, dünyanın 51 ölkəsindən 250-dən çox ictimai-siyasi xadimin, eləcə də İranın ölkə və vilayət rəsmilərinin iştirak etdiyi mərasim Məşhəd şəhərindəki İmam Rza ziyarətgahının Qüds zalında keçirilib. Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Cavanşir Paşazadə və Naxçıvan Muxtar Respublikasının Dini İşlər üzrə İdarəsinin rəisi Vüqar Babayev təmsil edirlər.
"Şamaxinka"da "tıxac" aradan qaldırılır
Bakı şəhərində avtonəqliyyat vasitələlərinin sıxlığını azaltmaq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir, yolun genişləndirilməsi işləri aparılır.
"Ağdam” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ” QSC-nin nəqliyyat donanmasına məxsus “Ağdam” gəmi-bərəsi yenidən yükdaşımalara tam hazırdır. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, 2016-cı ilin dekabrından “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. Gəmi-bərənin baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.
Əmək Nazirliyi reabilitasiya proqramını təsdiq edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq əmrlə “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.
Güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi gənclərlə görüşüb
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, görüşdə ittifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Millət vəkili: “Bu addım “Qarabağa qayıdırıq, buna hazır olun” mesajıdır
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “OLAYLAR”-ın xəbərinə görə, dövlət başçısının məlum sərəncamı barədə fikirlərini bölüşən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bu addımı Qarabağla bağlı yeni dövrün başlanğıcı kimi qiymətləndirib: “Bu addım həm də “Qarabağa qayıdırıq, buna hazır olun” mesajıdır.














