Millət vəkili: “Bu addım “Qarabağa qayıdırıq, buna hazır olun” mesajıdır
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “OLAYLAR”-ın xəbərinə görə, dövlət başçısının məlum sərəncamı barədə fikirlərini bölüşən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bu addımı Qarabağla bağlı yeni dövrün başlanğıcı kimi qiymətləndirib: “Bu addım həm də “Qarabağa qayıdırıq, buna hazır olun” mesajıdır.
25 Yanvar 2017 13:20 SiyasətÖtən gün Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. "OLAYLAR"-ın xəbərinə görə, dövlət başçısının məlum sərəncamı barədə fikirlərini bölüşən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bu addımı Qarabağla bağlı yeni dövrün başlanğıcı kimi qiymətləndirib: "Bu addım həm də "Qarabağa qayıdırıq, buna hazır olun" mesajıdır. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı hansı sahədə çalışmasından asılı olmayaraq Ali Baş Komandanımızın bu addımını dəstəkləməli, bütün gücü ilə bu məsələyə təkan verməlidir". 2016-cı ilin aprel hadisələrinə toxunan Komitə rəhbəri qeyd edib ki, ordumuzun qələbəsixalqımızda, xüsusilə gənclərimizdə ruh yüksəkliyini, inamını daha da artırdı. "İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılması ilə bağlı sərəncam isə Azərbaycanın Qarabağla bağlı konkret mövqeyinin ifadəsidir." F.Muradov bu proseslərin Ermənistanda həyəcanla izlənildiyinivurğulayıb: "Təbii ki, Ermənistan rəhbərliyi, erməni xalqı bunu görür və bilir. Lakin qarşı tərəf anlamalıdır ki, işğal altında olan bütün torpaqları azad edəcək. Bunun alternativi yoxdur. "Lələtəpə" qələbəsi dönüş nöqtəsidir və ölkə rəhbərinin xalqımıza söykənərək ortaya qoyduğu iradənin nəticəsidir. Əminik ki, bu vəhdət tezliklə bizi doğma Şuşamıza, Xankəndimizə qovuşduracaq."