Güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi gənclərlə görüşüb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, görüşdə ittifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, görüşdə ittifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Gənclərlə görüş təklifini böyük sevinclə qəbul etdiyini deyən Firdovsi Umudov bu gün Azərbaycanda vətənpərvər gənc nəslin yetişməsinin ölkəmiz üçün qürurverici hal olduğunu deyib. Bu istiqamətdə dövlətin Azərbaycan gəncliyinə böyük diqqət və qayğı ayırdığını bildirən baş məşqçi Azərbaycan idmançılarının müstəqilliyimizin ilk illərindəki çətinliklərindən danışıb. Tələbə gənclərin çoxsaylı suallarını cavablandıran Firdovsi Umudov onlara idmançıların yarışdan öncə fiziki və psixoloji hazırlıq, aparılan fərdi söhbətlər barədə ətraflı məlumat verib. Baş məşqçi vurğulayıb ki, məhz dövlətin dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları günü-gündən artır, ölkəmiz ən nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31