BMT-nin rezident əlaqələndiricisi Miqrasiya Xidmətində olub
Dövlət Miqrasiya Xidmətində BMT-nin rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Fondunun rezident nümayəndəsi Qulam İsakzai ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BMT-nin müvafiq qurumları ilə Xidmət arasında uzun müddət həyata keçirilən əməkdaşlığa nəzər salınıb.
25 Yanvar 2017 13:33 SosialDövlət Miqrasiya Xidmətində BMT-nin rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Fondunun rezident nümayəndəsi Qulam İsakzai ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BMT-nin müvafiq qurumları ilə Xidmət arasında uzun müddət həyata keçirilən əməkdaşlığa nəzər salınıb.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunmuş müvəffəqiyyətlərin, sosial-iqtisadi nailiyyətlərin, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəticəsində respublikamızın miqrasiya baxımdan mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrildiyini deyib. Bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə əsaslı işlər görülüb. Qanunvericilik təkmilləşdirilib, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilib.
Görüşdə müasir dünyada miqrasiya və miqrantlar mövzusunun aktuallığına diqqət çəkilib. Avropada yaşanan miqrant böhranı ilə bağlı danışılıb. Xidmət rəisi Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində böyük miqrasiya problemi-bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. Bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlərə, eyni zamanda erməni təxribatı nəticəsində cəbhə bölgəsində baş verən hadisələrə toxunub. BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai xüsusi vurğulayıb ki, Azərbaycanda aparılan məqsədyönlü siyasət hər sahədə, o cümlədən miqrasiya sahəsində özünün müsbət nəticələrini göstərməkdədir.