Gündəm
Meşə torpaqları 49 illiyə icarəyə veriləcək
Meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçilərinə icarə müqaviləsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək veriləcək.
Aqrar komitə 2 qanun layihəsini müzakirəyə çıxaracaq
“Aqrar siyasət komitəsitinin 2016-cı ilin payız sessiyasında 7 iclası keçirilib, 17 məsələyə baxılıb, 15 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Onalrdan 15-i də parlament tərəfindən qəbul edilib”.
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun yenidən hazırlanacaq
"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanır. “Olaylar” xəbər verir ki, adıçəkilən qanun layihəsi Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin yaz sessiyasının gündəliyinə salınıb.
Külli miqdarda xarici valyutanın Azərbaycandan çıxarılmasının qarşısı alınıb
Gömrük nəzarətindən gizlədilən cəmi 55 min 300 ABŞ dolları aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.
Qarabağ: bu dəfə daha betər ola bilər...
Britaniya jurnalisti və Qafqaz məsələləri üzrə ekspert, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş "Qara Bağ" kitabının müəllifi Tomas de Vallın "Carnegie Europe" saytında dərc olunmuş son məqaləsi "2017-ci ildə Qarabağ münaqişəsi təhlükəsi" adlanır.
Eldar İbrahimov: "Prezidentin sərəncamı ermənilərə mesajdır"
“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı düşmən ölkəyə bir mesajdır”. Bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkilİ Eldar İbrahimov deyib.
Ekspert: “Prezidentin Sərəncamının böyük mənəvi və siyasi əhəmiyyəti var”
“Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamın çox böyük siyasi və mənəvi əhəmiyyəti var”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Musa Quliyev: “Azərbaycan hər bir halda öz torpaqlarının sahibidir”
“Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamın çox böyük həm sosial ictimai, həm də hərbi siyasi əhəmiyyəti var”. Bunu millət vəkili Musa Quliyev deyib.
Braziliya həbsxanalarında QİYAM
Braziliyada ən azı 200 məhbus başlatdıqları qiyam nəticəsində yerləşdirildikləri həbsxanadan qaçmağa nail olub. Bu barədə ölkənin IOL nəşri yazır. Nəşrin yazdığına görə, insident San-Paulu şəhərində yaşanıb. Dəqiqləşdirilmiş məlumatlarda bildirilir ki, qiyam zamanı məhbuslar yorğan-döşəklərini və sair avadanlıqları yandıraraq həbsxanada yanğın törətməyə nail olublar. Yaranan qalın tüstü nəticəsində onların çoxu qaçmağa nail olub.
Azərbaycanlılar olmadan Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyəcək
Rusiya xarici işlər naziri Sergey Lavrovun fikrincə, işğal olunmuş ərazilərin Dağlıq Qarabağın statusunun müəyyən olunması şərti ilə azad olunması tələbi sənədlərdə göstərilib. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu açıqlamasında deyib ki, belə fikirlərin Ermənistana hədsiz aydın şəkildə və bir neçə dəfə deyilməsi zəruri məsələdir. Çünki əksər ermənilərin belə həqiqətləri qavraması ilə bağlı problemlər var.
Millət vəkili: “Azərbaycan öz mövqeyində qətidir”
“Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü çərçivəsində olmalıdır. 23 yanvarda hərbi şəhərciyin açılışı mərasimində cənab Prezdent bu məsləyə bir daha toxundu”. Bunu millət vəkili Azər Badamov deyib.
Müdafiə Nazirliyi əsgərin şəhid olması barədə məlumatlara münasibət bildirib
Müdafiə Nazirliyi əsgərin şəhid olması barədə yayılan məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuta xidmətindən bildirilib ki, hazırda Almaniyada məskunlaşan Həbib Müntəzirin yaydığı məlumat əsassızdır: "Silahlı Qüvvələrimizə, əsgər və zabit heyətinə qarşı düşmənçiliyi, ermənipərəst mövqeyi ilə tanınan və yalan məlumatlar yayaraq ictimaiyyəti, sosial şəbəkə istifadəçilərini aldadan Həbib Müntəzir adlı birisinin növbəti yalanı ortaya çıxıb. Belə ki, 24 yanvar 2017-ci il tarixdə sosial şəbəkədə Həbib Müntəzir Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Əkbəri Mahmud Əli oğlunun guya şəhid olması barədə yalan xəbər yayıb, onun fotosunu paylaşıb və Müdafiə Nazirliyinin bu haqda susması iddiasını irəli sürüb. Bildiririk ki, əsgər Əkbəri Mahmud Əli oğlu sağ-salamatdır və hazırda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətdədir. Bu cür və buna bənzər yalan xəbərlərin sosial şəbəkələrdə yayılaraq tirajlanması ailələr üçün böyük narahatlıq doğurur, ictimaiyyət arasında çaşqınlıq yaradır və ordumuzun uğurlarına kölgə salaraq nüfuzuna xələl gətirmək məqsədi güdür.
"Maqnit"in sahibi də "MTN toru"na düşüb - Eldar Mahmudovun işçisi olub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının cinayət əməllərinin qurbanlarından biri də tanınmış "Maqnit" mağazalar şəbəkəsinin rəhbəri Seymur Abdullayev olub.
Ukraynanın sosial siyasət naziri Azərbaycana gəlir
Əli Kərimli siyasətlə deyil, siyasi mühacir alveri ilə məşğul olur
Son vaxtlar Əli Kərimlinin yaxın ətrafı bir-birinin ardınca Avropaya üz tutur. Azərbaycanda guya siyasi təzyiqə məruz qaldıqlarını iddia edən bu şəxslər qoca qitəyə qədəm qoyan kimi Azərbaycan əleyhinə fəaliyyətə, çıxışlara başlayırlar. Bu günlərdə Əli Kərimlinin daha bir yaxın silahdaşı Avropa yolunu tutdu. Xəbərlərdən də məlum olduğu kimi “Azadlıq” qəzetinin redaktoru Rəhim Hacıyev Avropa ölkələrindən birinə köç edib. Artıq Əli Kərimlinin “mübarizə meydanı”nda yalnız qaldığı görünməkdədir. Bəs görəsən bu kimi gedişlər Əli Kərimli üçün hansı mənfi tendensiyalar vəd edir? Bu və ya digər suallarla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Niyaməddin Orduxanlı Avropaya gedən Əli Kərimli tərəfdarlarının xeyir-duasının elə məhz Kərimli tərəfindən verildiyini söyləyib. BAXCP rəsmisi yaxın vaxtlarda Əli Kərimlinin də yaşamaq üçün Avropaya gedəcəyini istisna etməyib.














