Əli Kərimli siyasətlə deyil, siyasi mühacir alveri ilə məşğul olur
Son vaxtlar Əli Kərimlinin yaxın ətrafı bir-birinin ardınca Avropaya üz tutur. Azərbaycanda guya siyasi təzyiqə məruz qaldıqlarını iddia edən bu şəxslər qoca qitəyə qədəm qoyan kimi Azərbaycan əleyhinə fəaliyyətə, çıxışlara başlayırlar. Bu günlərdə Əli Kərimlinin daha bir yaxın silahdaşı Avropa yolunu tutdu. Xəbərlərdən də məlum olduğu kimi “Azadlıq” qəzetinin redaktoru Rəhim Hacıyev Avropa ölkələrindən birinə köç edib. Artıq Əli Kərimlinin “mübarizə meydanı”nda yalnız qaldığı görünməkdədir. Bəs görəsən bu kimi gedişlər Əli Kərimli üçün hansı mənfi tendensiyalar vəd edir? Bu və ya digər suallarla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Niyaməddin Orduxanlı Avropaya gedən Əli Kərimli tərəfdarlarının xeyir-duasının elə məhz Kərimli tərəfindən verildiyini söyləyib. BAXCP rəsmisi yaxın vaxtlarda Əli Kərimlinin də yaşamaq üçün Avropaya gedəcəyini istisna etməyib.
25 Yanvar 2017 12:21 Müsahibə"Bir gün görəcəyik ki, Əli Kərimli Rahim Hacıyev kimi Hollandiyada yaşamaq üçün köçüb"
Son vaxtlar Əli Kərimlinin yaxın ətrafı bir-birinin ardınca Avropaya üz tutur. Azərbaycanda guya siyasi təzyiqə məruz qaldıqlarını iddia edən bu şəxslər qoca qitəyə qədəm qoyan kimi Azərbaycan əleyhinə fəaliyyətə, çıxışlara başlayırlar. Bu günlərdə Əli Kərimlinin daha bir yaxın silahdaşı Avropa yolunu tutdu. Xəbərlərdən də məlum olduğu kimi "Azadlıq" qəzetinin redaktoru Rəhim Hacıyev Avropa ölkələrindən birinə köç edib. Artıq Əli Kərimlinin "mübarizə meydanı"nda yalnız qaldığı görünməkdədir. Bəs görəsən bu kimi gedişlər Əli Kərimli üçün hansı mənfi tendensiyalar vəd edir? Bu və ya digər suallarla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Niyaməddin Orduxanlı Avropaya gedən Əli Kərimli tərəfdarlarının xeyir-duasının elə məhz Kərimli tərəfindən verildiyini söyləyib. BAXCP rəsmisi yaxın vaxtlarda Əli Kərimlinin də yaşamaq üçün Avropaya gedəcəyini istisna etməyib.
-Niyaməddin bəy, artıq bir neçə ildir ki, Əli Kərimlinin ətrafında olan insanlar bir-bir onu tərk edərək Avropa ölkələrinə üz tutur. Bu günlərdə isə "Azadlıq" qəzetinin redaktoru Rəhim Hacıyev də ölkəni tərk etdi. Sizcə, cəbhəçilərin Avropaya meyilliliyi nədən irəli gəlir?
-Çox maraqlı sualdır. Dünən bununla bağlı facebook sosial şəbəkəsində status da yazmışdım: Rahim Hacıyev də Hollandiya da yaşamağa getdi. Bir qaldı Əli Kərimli. Mənim bu statusuma ölkənin tanınmış jurnalistləri rəy yazdılar ki, Əli Kərimlinin xarici pasportu yoxdur. Bəlkə də Əli Kərimlinin xarici pasportu olsa, hamıdan qabaq özü gedər. Əslində baş verən hadisələr fonunda Əli Kərimlinin radikal müxalifət siyasəti aparmasının səbəbləri bəlli olur. Baxın, bu adamın ətrafında olan şəxslərə. Böyük əksəriyyəti Avropanın ən ikişaf etmiş ölkələrində, Fransa, Hollandiya və digər ölkələrdə çox rahat təminatla yaşayırlar. Mühacir statusu ilə bu ölkələrdən pulsuz ev, ərzaq, ayda maaş və s. əldə edirlər. Orda bir necə saat kompüterin önündə otururlar və bununla da "siyasi mübarizə" başlanır. Bu adamların 90 faizi məhz Avropada yaşamaq üçün özlərini ən "radikal müxalifətçi" kimi aparırlar. Həttə eşitdyimə görə, Bakıda olanlar polis maşınlarına yaxınlaşıb 5 dəqiqəlik maşında oturmaq üçün 50 manat ödəmək təklifini də ediblər. Yəni, sabah Avropa da göstərsinlər ki, bunlara qarşı "həbslər" olub. Bu faktlar son vaxtlar Əli Kərimlinin satdığı partiya arayışı ilə Avropaya gedənlərə aiddir. Yeri gəlmişkən , bu gün Almaniyada yaşayan Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev mətbuatda bir gəncin Almaniyada ona yaxınlaşaraq 2 ildir status almamağının şikayətini edib və bəlli olub ki, arayışı Əli Kərimlinin partiyasından alıb. Ancaq Əli Kərimlinin kim olduğunun və hansı partiyanın sədri olduğundan xəbəri yoxdur. Bu mövzuda dəfələrlə açıqlamam olub və bir daha vurğulayıram : Bu gün Əli Kərimli siyasətlə deyil, siyasi mühacir və siyasi məhbus alveri ilə məşğul olur. İran molla rejiminin Nardaranda həbs olunan şəxslərini Əli Kərimli "siyasi məhbus" sayır. Daha nə demək olar?
-Belə çıxır ki, artıq Əli Kərimli və ətrafı Azərbaycanda qalmağı, burada siyasi mübarizə aparmağı bacarmadığı üçün xaricə üz tutur?
-Guya ki, bu günə kimi Əli Kərimli siyasi mübarizə aparmaqla məşğul idi? Əli Kərimlinin missiyası radikal müxalifətdə parçalanmanı təmin etmək və Azərbaycan dövlətinin milli maraqlarının əleyihə fəaliyyət göstərən və birbaşa erməni diasporasının maliyyəsi ilə yaşayan qurumların tapşırıqlarını icra etmək idi. Digər tərəfdən, gedən adamlar yuxularından gördüklərini həyatda görürlər. Avropada xüsusi statusla yaşamaq çox vacib bir məsələdir. Bunu qaçırmırlar. Özü də fikir verin, gedənlərin böyük əksəriyyəti ailə üzvlərini də aparırlar. Övladlarını pulsuz məktəblərə qəbul etdirirlər. Hər cür şəraitlə təmin olunurlar. Onu da deyim ki, Rahim Hacıyev kimi adamların ailəlikcə Avropaya köçməsini və status almasını Əli Kərimli xüsusi şəkildə səfirliklərdən və həmin ölkənin rəsmilərindən xahiş edir. Baxın, bu günə qədər kimlər Avropaya üz tutdu? Əli Kərimlinin ən yaxın qohumları, əmisi uşaqları, yerliləri, kəndliləri və s.
-Maraqlıdır ki, Avropaya üz tutan cəbhəçilər bir qayda olaraq orada da Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Onların Avropada sayının tədricən artması gələcəkdə həmin şəxslər tərəfindən bu qitədə Azərbaycan barədə mənfi rəyin formalaşdırılmasına gətirib çıxara bilərmi?
-Birbaşa buna hesablanıb. Onlara bütün imtiyazları həm də ona görə verirlər ki, sosial şəbəkədə, mediada Azərbaycana yönəlik işlərini davam etdirsinlər. Siz də uzun müddətdir facebook istifadəçisisiniz. 2007-ci ildən indiyə qədər Azərbaycanda facebook şəbəkəsi yayılmağa başlayıb. Bu günə kimi gün ərzində bir necə saat facebookda oluruq. Müxtəlif yönümlü, statuslar, məişət, siyasi iqtisadi və s statuslar yazırıq. Hətta bəzən insanlar öz övladlarının şəkillərini də paylaşırlar. Ancaq Əli Kərimli və onun ətrafinda olan adamlar hər gün, hər saat yalnız və yalnız İlham Əliyevin əleyhinə, Azərbaycan dövlətinin əleyhinə statuslar yazırlar. Yəni, bu da birbaşa xəstə təfəkkürün məhsuludur. Əli Kərimli yalnız siyasətdən yazmaq və hər kəsi də buna kölə etmək siyasətini aparır. Baxın həmin adamların lövhələrinə, başqa nəsə görə bilərsiniz? Qeyri-mümkündür. Əli Kərimli və onun yaxın qohum-əqrabaları, yerliləri, kəndliləri iliyinə qədər siyasiləşib. Siyasətdən kənar yoxdurlar.
-Sizcə, Əli Kərimli də gec-tez Avropaya pənah aparacaqmı?
-Özü bu yaxınlarda keçirdiyi qurultayında etiraf etdi ki, xaricə gedib yaşamaq haqqında düşünüb. Sonradan isə fikrini dəyişib. Mənə elə gəlir ki, onun oğlu da bu gün təsadüfdən İngiltərədə yaşamır. Bir gün görəcəyik ki, Əli Kərimli Rahim Hacıyev kimi Hollandıyada yaşamaq üçün köçüb. Onu yaxından tanıyan hər kəs bilir ki, Əli Kərimli çətin vəziyyətlərdə dərhal qərarını dəyişən şəxsdir.
-Bu yaxınlar da mətbuatda Avropa Şurasının prezidentinə müraciət edib, Azərbaycan dövlətinin qurumdan çıxarılmasını istəyən 58 nəfərin adını açıqladınız.
-Çox təəssüfedici bir haldır. Bilirisiniz ki, 10 ildən artıqdır ki, QHT sədriyəm. Vətəndaş Cəmiyyətində baş verən hadisələri yaxından izləyirəm. Bəli, bu 58 nəfərin kim olduğunu mən ictimaiyyətə açıqladım. Özəl əlaqələr vasitəsi ilə tam siyahını əldə etmişdim. İstəyim odur ki, Azərbaycan cəmiyyəti ermənilərin hazırladığı layihəni- ölkə vətəndaşlarının imzası ilə AŞPA-dan Azərbaycan dövlətinin çıxarılmasını və səsvermə hüququnun əlindən alınmasını təşkil etmək istəyən 58 nəfəri tanısın və buna da nail oldum. Yanvar 23 -də AŞPA-da keçirilən səsvermədə mənim dediklərim öz təsdiqini tapdı. Belə ki, Pedro Aqramunt Strasburqda açılan qış sessiyası zamanı Avropa Şurası Parlament Assambleyasının sədri seçilib. Ermənistan nümayəndə heyəti Aqramuntun namizədliyinə qarşı çıxdı. Əvvəllər Aqramunt Azərbaycan üzrə AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi idi. Ermənilər və bizim 58 nəfər də istəmirdilər ki, Aqramunt seçilsin. Bu bir daha sübur edir ki, layihəni ermənilər hazırlamışdı və bizimkilər də qol çəkiblər. Sonda onu da deyim ki, həmin 58 nəfərin böyük əksəriyyəti Əli Kərimlin ətrafında olan şəxslərdir. Onlar həm də Milli Şuranın üzvləridir. Görünür, beynəlxalq qurumlar Əli Kərimlini məcbur ediblər ki, bu cür müraciətə imza atsınlar. Amma bütün halda 58 nəfərin və ermənilərin bütün işləri fiaskoya uğradı və ermənilər bizim 58 nəfərdən də istifadə edib, yararlana bilmədi.
S.İsmayılbəyli