Aqrar komitə 2 qanun layihəsini müzakirəyə çıxaracaq
“Aqrar siyasət komitəsitinin 2016-cı ilin payız sessiyasında 7 iclası keçirilib, 17 məsələyə baxılıb, 15 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Onalrdan 15-i də parlament tərəfindən qəbul edilib”.
25 Yanvar 2017 13:16 Sosial"Aqrar siyasət komitəsitinin 2016-cı ilin payız sessiyasında 7 iclası keçirilib, 17 məsələyə baxılıb, 15 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Onalrdan 15-i də parlament tərəfindən qəbul edilib". "Olaylar" xəbər verir ki, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin yanvarın 25-də keçirilən iclasında 2016-cı ilin payız sessiyası dövründə görülən işlərin hesabatı və 2017-ci ilin yaz sessiyasının işlər planı müzakirə olunub. 2016-cı ilin payız sessiyasında görülən işlər barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, payız sessiyası müddətində komitəyə 86 müraciət və şikayət daxil olub, 25 nəfər isə qəbul olunub. Qarşıda duran vəzifələrdən danışan E.İbrahimov bildirib ki, komitənin əsas fəaliyyət istiqaməti ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkiaşfı istiqamətində həyata keçirdiyi siyasətə dəstək verməkdən ibarətdir: "Bildiyiniz kimi, Prezident İlham Əliyev kənd təsərrüfatının ölkəyə valyuta gətirən sahələrinin inkiaşfına mühüm önəm verir və bu istiqamətdə ciddi fəaliyyət planlarını həyata keçriməkdədir. Məhz bunun nəticəsində son illərdə ölkəmizdə pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük, çayçılıq, fındıqçılıq və digər sahələr inkişaf etməkdədir. Ölkə başçısının həyaat keçridiyi siyasət nəticəsində 2016-ciı ildə 90 min ton pambıq, 70 ton barama və digər kənd təsərrüfatı məhsulları istehsal olunub. Elə məqsədyönlü tədbirlərin nəticəsi olaraq, 2016-ci ildə bu sahədə ixracatda Azərbaycan 1 milyard dollardan artıq gəlir əldə edib. 2017-ci ildə bu rəqəm bundan da artıq olacaq. Gələcəkdə 1300 ton barama istehsalı nəzərdə tutulur". E.İbrahimov onu da əlaəv edib ki, komitə yaz sesisyası müddətində əsasən iki sənədi müzakirəyə çıxarmağı nəzərdə tutur: "Bu "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsidir və hazırda bu qanun layihəsi üzərində iş gedir. Komitə eyni zamanda, qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumlar tərəfindən daxil olaacq qanun layihələrinə baxıb öz mövqeyini bildirəcək".