Gündəm
Lapşin Azərbaycana verilməsi barədə qərardan şikayət edib
Azərbaycanın sorğusu əsasında Minskdə həbs olunmuş bloger Aleksandr Lapşin Belarus Baş Prokurorluğunun onun Azərbaycana verilməsi barədə çıxardığı qərardan apellyasiya şikayəti verib. Bu barədə Minsk Şəhər Məhkəməsi sədrinin köməkçisi Anastasiya Şilvyan bildirib. "Lapşinin Baş Prokurorluğun qərarından verdiyi şikayət Minsk Şəhər Məhkəməsinə daxil olub. Şikayətə yanvarın 26-da baxılacaq, - deyə o qeyd edib. Belarus Baş Prokurorluğundan isə bildirilib ki, Lapşinin Azərbaycana verilməsi barədə qərarın icrası məhkəmənin çıxaracağı qərarından asılıdır. Baş Prokurorluqdan bildirilmişdi ki, Lapşinin Azərbaycana verilməsi barədə qərar rəsmi Bakının təqdim etdiyi materiallar əsasında çıxarılıb.
Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1992-ci ildə olduğu kimi indi güzəşt və müavinətlərin bütün məcburi köçkünlərə şamil edilməsi düzgün deyil
“Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanın verilməsi düzgün addım idi”.
Tramp müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalayacaq
ABŞ prezidenti Donald Trampın bu gün immiqrasiya və müsəlman ölkələrindən olan miqrantlara dair fərmanlar imzalayacağı gözlənilir. Bu barədə “Röyters”ə vəziyyətlə yaxından məlumatlı olan mənbələr bildirib.
Əli Həsənov: “Dövlət ali məktəblərində məcburi köçkün tələbələrin ödənişdən azad edilməsi qüvvədə qalacaq”
“Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olunan məcburi köçkün tələbələr əvvəlki qaydada təhsillərini davam etdirəcək”.
Azərbaycan Xəzərin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənədin müzakirəsini məqsədəuyğun saymır
Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılır. Bu barədə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupunun Bakıda keçirilən iclasında qrupun Azərbaycan üzrə sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
DİN-in daha bir yüksək vəzifəli əməkdaşı təqaüdə göndərilib
Daxili İşlər Nazirliyinin (DİN)daha bir yüksək vəzifəli əməkdaşı təqaüdə göndərilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının rəisi, tibb xidməti polkovniki Ramiz Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. Onun vəzifəsini Tibb İdarəsinin rəisi Mahmud Yusifov icra edir.
Ekspert: Prezidentin bu sərəncamı aprel qələbəsinin davamıdır
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir. Bunu siyasi ekspert Arzu Nağıyev deyib.
Deputat: Cocuq Mərcanlı kəndinin bərpası Ermənistana çox ciddi mesajdır
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası Ermənistana çox ciddi bir mesajdır. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Azərbaycanda aylıq müavinət verilməyəcək məcburi köçkünlərin kateqoriyası müəyyənləşdirilib
Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nı təsdiq edib.
Əziz Əliyevin 120 illik yubileyi qeyd olundu
25 yanvar tarixində ET Travmotologiya və Ortopediya İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə bildirildi ki, 1951-1959-cu illərdə (qısa bir fasilə ilə) institutun direktoru olmuş Ə.M.Əliyevin səhiyyəmizin inkişafına verdiyi təkanlar, böyük işlər xatırlandı.
Sahibkardan şəhidlərin ruhuna böyük ehtiram
Cənab Prezidentin sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi sahəsində Proqram xarakterli göstərişlərinin icrası və şəhid ailələrinə daimi qayğısı öz müsbət bəhrələrini verməkdədir. Bunun nəticəsi kimi sahibkarlar zümrəsi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, xeyriyyəçilik tədbirlərində öndə gedir, şəhid və kimsəsiz ailələrin problemlərilə yaxından maraqlanır. “OLAYLAR”-ın xəbərinə görə, belə sahibkarlıq subyektlərindən biri də Lənkəran şəhərindəki “Boranı” Ailəvi İstirahət Mərkəzidir.
Emin Hüseynovdan növbəti antiAzərbaycan addım
Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyasının ilk günündə bəzi QHT nümayəndələri Azərbaycan əleyhinə təxribata cəhd ediblər. Bu barədə “OLAYLAR”-a məlumat verən hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, , Emin Hüseynov və bir-neçə şəxs Azərbaycanın AŞPA-dakı mandatının ləğv edilməsi tələbi ilə aksiya keçirib və avropalı deputatlar arasında kampaniya aparmağa cəhd ediblər. Bu məsələ hüquq müdafiəçiləri arasında birmənalı qarşılanmayıb: “Bu təxribat cəhdi ilə bağlı hələ keçən ilin sonundan xəbərim var idi.
Azərbaycan həqiqətlərindən bəhs edən daha bir film
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı "Arb24”ün texniki dəstəyi ilə "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah” layihəsi çərçivəsində Qarabağ həqiqətlərini özündə ehtiva edən qısametrajlı filmin təqdimatını keçirib.














.jpg)