Əziz Əliyevin 120 illik yubileyi qeyd olundu

 25 yanvar  tarixində ET Travmotologiya və Ortopediya İnstitutunda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə bildirildi ki, 1951-1959-cu illərdə (qısa bir fasilə ilə) institutun direktoru olmuş Ə.M.Əliyevin səhiyyəmizin inkişafına verdiyi təkanlar, böyük işlər xatırlandı.

Səhiyyənin digər sahələrinin inkişafına təkan verən Ə.М.Əliyevin xidməti dövləti tərəfindən layiqincə qiymətləndirilib, bir çox orden medal və fəxri adlarla təltif edilib: "SSRİ-nin səhiyyə əlaçısı" döş nişanı, iki dəfə Lenin ordeni, I dərəcəli "Vətən müharibəsi" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni və s. Ə.М.Əliyevin redaktorluğu ilə institutun 122 elmi işini əhatə edən 5 cildlik elmi əsərləri çap edilmişdir, 13 metodiki broşura buraxılmışdır.

Görkəmli dövlət xadimi, alim, səhiyyə təşkilatçısı Ə.M.Əliyev XX əsr tarixində silinməz iz qoyan şəxsiyyətlərdən biridi. Müasirləri onu "cəmiyyətin təbibi" adlandırırdılar. Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Ə.М.Əliyevin keçdiyi mənalı həyat yolu hər bir Azərbaycanlı üçün örnəkdir, zəngin həyat məktəbidi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31