Azərbaycan Xəzərin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənədin müzakirəsini məqsədəuyğun saymır

Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılır. Bu barədə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupunun Bakıda keçirilən iclasında qrupun Azərbaycan üzrə sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edir: "Lakin müvafiq Konvensiyanın qəbul edilməsinə qədər Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənəd layihəsinin müzakirəsini məqsədəuyğun hesab etmirik". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31