Gənclər Təşkilatarı Milli Şurasının sədr müavini beynəxalq tədbirdə

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Bolqarıstanın Varna şəhərində keçirilən “100% Gənclər üçün şəhər” layihəsində iştirak edib. Təşkilatın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə Portuqaliya Milli Agentliyi və Braqa şəhərinin meriyası tərəfindən həyata keçirilir.

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Bolqarıstanın Varna şəhərində keçirilən "100% Gənclər üçün şəhər" layihəsində iştirak edib. Təşkilatın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihə Portuqaliya Milli Agentliyi və Braqa şəhərinin meriyası tərəfindən həyata keçirilir. Layihənin işçi qrupunun üzvü olan Aysun Zeynalova eləcə də Kluj-Napoka Avropa Gənclər Paytaxtı 2015 Kluj-Napoka, Avropa Gənclər Paytaxtı 2016 Gəncə və Riqa şəhərlərində görüşlərdə iştirak edib. Layihənin əsas məqsədi Avropa şəhərlərin gənclərə uyğunluğunu ölçmək üçün standartların yaradılması və şəhərlərin bu standartlara uyğun qiymətləndirilməsidir. Layihə çərçivəsində gənclər şəhərlərin qiymətlərdirmə mexanizmini yaratmaq üçün şəhərlərin gənclər üçün mövcüd olan infrastruktur, iş imkanları, xidmətlər və keçirilən layihələrlə tanış olub, şəhərlərdə keçirilən layihələr haqqında məlumatlanıb monitorinqlər aparıblar. Daha sonra planlaşma işləri bitdikdən sonra gənclər Avropa ölkələrinin monitorinqləri əsasında şəhərlərin gənclər üçün uyğunluğunu müəyyənləşdirəcəklər son mərhələdə şəhərlərə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Aysun Zeynalova bu dəfəki səfərində Varna şəhərin Meriyası və təhsil üzrə müavini ilə görüşüblər. Görüşdə perspektivlər və şəhərlərarası yeni əməkdaşlıqlar müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31