Gündəm

İtaliyalı menecer Milli Kitabxanada

25 Yanvar 2017 16:20

Yanvar ayının 25-də İtaliya Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turzim Nazirliyinin birgə Aİ Tvinninq “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Layihəsindən irəli gələn məsələlərin həlli məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov, İtaliyanın Florensiya Əyaləti hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalg, layihə üzrə RTA assistenti Səbunə Yadullayeva Milli Kitabxanada olublar.

"Bu gün Cocuq Mərcanlıya qayıdırıqsa, deməli, sabah Şuşaya, Xankəndiyə qayıdacağıq" 

25 Yanvar 2017 16:17

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı Azərbaycan ictimaiyyətində, xüsusilə məcburi köçkünlərimizdə böyük ruh yüksəkliyinə səbəb olub.

Bakcell şirkəti AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir

25 Yanvar 2017 16:14

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir.

“Bu gün futboldan çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var”

25 Yanvar 2017 16:12

Məşqçilərin hüquqlarının təmini ilə bağlı “İdman haqqında” qanuna dəyişiklik təklif olunub. Belə bir təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin iclasında millət vəkili Rauf Əliyev çıxış edib.

"FETÖ-nün Azərbaycanda beli qırıldı" - Səfir

25 Yanvar 2017 15:56

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəmizdə FETÖ-ya qarşı aparılan mübarizədən danışıb.

Ermənilərin Avropa Şurasında növbəti məğlubiyyəti

25 Yanvar 2017 15:52

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə ciddi müzakirələr doğuran məsələ ukraynalı deputat, mədəniyyət, elm, təhsil və media komitəsinin sədri Volodimir Arievin hazırladığı “Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı” adlı məruzə olub.

Deputat: "Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir”

25 Yanvar 2017 15:45

AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli  deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı çox böyük siyasi əhəmiyyətə malikdir: “Azərbaycan təcavüzə məruz qalandan sonra ilk dəfə bir yaşayış məntəqəsi, bir kəndin tam bərpası istiqamətində addım atılır, dövlət sərəncamı imzalanır. Bu, bizim müstəqillik tariximizin əhəmiyyətli hadisələrindən biridir. Azərbaycan prezidentinin imzaladığı sərəncam Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarmağa böyük ümid yaradır. Eyni zamanda, işğaldan azad olunmuş kəndin bərpası aprel döyüşləri zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərinin özünə inamını və ruh yüksəkliyini gücləndirir. Bu, həm də möhtərəm prezidentin rəhbərliyi ilə Azərbaycanın apardığı siyasətini gücünü və reallıqları əks etdirir. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam tarixi-siyasi əhəmiyyətə malikdir və böyük qələbənin başlanğıcıdır”.

İqor Bratçikov: "Xəzərin statusu ilə bağlı konvensiya layihəsi qəbul olunmağa çox yaxındır"

25 Yanvar 2017 15:42

“Biz Astanada keçiriləcək Xəzəryanı ölkələrin növbəti sammitində konvensiya layihəsinin imzalanması istiqamətində iş aparırıq”.

Yuğ Teatrı fevralda

25 Yanvar 2017 15:40

Ermənistanda əsgər intihar edib

25 Yanvar 2017 15:40

Ermənistanda əsgər intihar edib.  Əsgər Şavarş Qalstyanın meyiti bu gün saat 08:50 radələrində aşkarlanıb. Onun çənəsində qüllə yarası olub. Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. APA-nın xəbərinə görə, bu barədə “news.am” Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Endirim kampaniyasının başa çatmasına bir həftə qalıb

25 Yanvar 2017 15:38

Bu ilin 23-25 iyun tarixlərində Bakıda keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran Prisi biletlərinin 30 %-dək endirimli qiymətlərlə satışına dair davam edən kampaniya bir həftə sonra - yanvarın 31-də başa çatacaq.

Diaspor təşkilatlarına qarşı olan hücumların arxasında kimlər dayanır?

25 Yanvar 2017 15:35

Son vaxtlar Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və onların rəhbərlərinə qarşı hansısa qüvvələr tərəfindən planlı şəkildə qarayaxma kampaniyası həyata keçirilir. Belə ki, ayrı-ayrı diaspor təşkilatlarının rəhbərləri barədə müxtəlif   KİV-lərdə, elektron portallarda həqiqətə uyğun olmayan məlumatlar dərc edilir, onlar bu və ya digər məsələdə əsassız olaraq ittiham edilirlər.   Bir neçə gün əvvəl İsveçdəki Azərbaycan diasporunun rəhbəri Səttar Sevgin barədə yayılan yalan məlumatın ardınca mediada, sosial şəbəkələrdə daha bir diaspor təmsilçisi Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev barədə qərəzli materiallar dərc edilib.

Cocuq Mərcanlının bərpası “Böyük Qayıdış”ın ilk müjdəsidir

25 Yanvar 2017 15:34

Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş rayonların bərpası Azərbaycan cəmiyyətində birmənalı qarşılanır.

Ermənilərin “konyak diplomatiyası” iflasa uğradı

25 Yanvar 2017 15:31

Ermənistanda yaşanan sosial, iqtisadi, siyasi və hərbi tənəzzül birbaşa xarici siyasətə də siraət edib. Artıq beynəlxalq aləmdə ermənilərin çirkli xarici siyasəti iflasa uğrayıb. Tarixən xarici siyasətdə “qadın diplomatiyası”na üstünlük verən ermənilər deyəsən bu uğursuz gedişi yeniləmək qərarına gəliblər. Daha doğrusu, ermənilər öz məkirli niyyətlərini həyata keçirməkdən ötrü qurban verdikləri qadınlarını indi konyakla əvəz etmək niyyətinə düşüblər.