Gündəm

RYTN yeni elektron xidmət istifadəyə verib

25 Yanvar 2017 16:48

“Elektron hökumət” portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ünvanları - interaktiv xəritə” adlı daha bir elektron xidməti portala inteqrasiya olunub. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, bu xidmətdən istifadə etməklə “Azərpoçt” MMC-nin 1 600-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür. “Google Map” üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək olar. Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan “Küçə adına görə” kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan pəncərədə poçt məntəqəsi ilə bağlı bütün məlumatlarla tanış olmaq mümkündür. Digər 2 kateqoriya - “poçt indeksinə görə”, “telefon nömrəsinə görə” seçməklə də eyni formada axtarış etmək olar. Xidmətin funksional imkanları genişdir. Belə ki, "Marşrutu göstər" düyməsini seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat vasitəsinin hərəkət marşrutu göstərilir.  

"Cocuq Mərcanlı kəndinin bərpası Ali Baş Komandanımızın vədinə sadiqliyinin təsdiqidir"

25 Yanvar 2017 16:45

"Ötən gün Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Sərəncamda qeyd edilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb".

Ukraynanın sosial siyasət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək

25 Yanvar 2017 16:43

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqi şəraitində aparılan sistem xarakterli islahatlar nəticəsində əldə olunmuş uğurlu təcrübəyə digər ölkələrin aidiyyəti qurumlarının marağı artmaqdadır. Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə təcrübəsini öyrənməyə, aparılan islahatlarla bağlı təcrübə mübadiləsinə maraq göstərən ölkələrdən  biri də Ukraynadır. Bu məqsədlə Ukraynanın sosial siyasət naziri Andrey Revanın rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin 26-28 yanvar tarixlərində Bakıya səfəri planlaşdırılır.

Sürücünü ələ salan yol polislərinin hər ikisi işdən qovuldu - VİDEO

25 Yanvar 2017 16:42

Sosial şəbəkələrdə yol-patrul xidməti inspektorları tərəfindən yük avtomobilinin sürücüsünə qarşı qeyri-etik hərəkətlərə yol verilməsini əks etdirən videogörüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) aparılan xidməti araşdırma başa çatıb.

“İlham Əliyev bizi bu dərddən qurtardı” - Cocuq Mərcanlılardan Prezidentə BÖYÜK TƏŞƏKKÜR

25 Yanvar 2017 16:39

Bu sözləri prezidentin sərəncamına əsasən torpaqları abadlaşdırılacaq Cocuq Mərcanlı kənd sakinləri danışarkən deyib. Sevindirici haldır ki, artıq bu arzu illərdir deyildiyi kimi sadəcə sözdə qalmayacaq. Çünki ötən gün prezidentin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. 1400-ə qədər sakini olan kəndin 400-dən çox ailəsinin ora köçürülməsi mərhələli şəkildə aparılacaq. Lakin bu gün respublikanın 22-dən çox rayon və şəhərində məskunlaşan hər bir Cocuq Mərcanlı sakini geri qayıtmaq arzusundadır.

“İRƏLİ” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası keçirilir

25 Yanvar 2017 16:37

“İRƏLİ” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə “Gənc Əkinçi-2” layihəsi həyata keçirilir.

Dini icma sədrləri ilə görüş keçirilib

25 Yanvar 2017 16:36

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icma sədrlərinin, imam və axundların iştirakı ilə 2016-cı ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Binəqədidə məcburi köçkünlərlə bağlı müşavirə keçirilib

25 Yanvar 2017 16:34

Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirilib.

Bakı Nəqliyyat Agentliyi maarifləndirici videoçarx hazırlayıb- VİDEO

25 Yanvar 2017 16:34

Bakı Nəqliyyat Agentliyi maarifləndirmə missiyasına uyğun olaraq, növbəti layihəsini həyata keçirir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına riayət edilməsinin vacibliyini təbliğ edən videoçarxlar hazırlanıb.

Sərhədçilər külli miqdarda narkotik vasitə aşkar ediblər

25 Yanvar 2017 16:32

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı fəaliyyətlərini uğurla davam etdirirlər. “Olaylar” xəbər verir ki, Xidmətə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Dövlət Sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıblar. Avtomobilə baxış zamanı bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ağcabədidə yeni vergi ödəyicilərinə xidmət mərkəzi açılıb

25 Yanvar 2017 16:30

Yanvarın 25-də 8 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Ağcabədi rayonunda Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha bir Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, açılış mərasimində iştirak edən vergilər nazirinin müavini Sahib Ələkbərov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və daha əlçatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır.

23 nəqliyyat vasitəsi hərraca çıxarılıb 

25 Yanvar 2017 16:30

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 yanvar 2017-ci il tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərraca 20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti çıxarılıb. Hərrac paytaxt (Komitənin İnformasiya Texnologiyaları Mərkəzi, H.Əliyev pr. 139A) və regionlardakı hərrac mərkəzlərində baş tutacaq.

Komitə iclaslarını bölgələrdə keçirəcək

25 Yanvar 2017 16:24

Milli Məclisin Gənclər və İdman Komitəsi yaz sesisya çərçivəsində toplantılarını respublikanın müxtəlif bölgələrində keçirmək niyyətindədir.

İki müğənninin mübahisəsinə ictimai xadim səbəb olub

25 Yanvar 2017 16:22

“Tam olaraq deyə bilmərəm ki, İlhamə xanım mənə görə Elza Seyidcahanla düşmən olub. Bəli, müəyyən səbəblər vardı... Amma əslində bizi tanış edən Elza xanım olub. Sonrakı vaxtlarda İlhamə xanım Elza xanımı mənim bir dostum kimi qəbul etmək istəmirdi. Buna görə də bizdə çox ciddi problem olurdu.”

Sankt - Peterburqdan qonağımız var...

25 Yanvar 2017 16:19

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sankt - Peterburqun məşhur eksperimental teatrı “Kovçeq”in direktoru Olqa Luçitskayanı qəbul edib. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovla görüşən O.Luçitskaya rəhbərlik etdiyi teatr, onun tarixi, səhnələşdirilən əsərlər və beynəlxalq teatr əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.