“İRƏLİ” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası keçirilir
“İRƏLİ” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə “Gənc Əkinçi-2” layihəsi həyata keçirilir.
25 Yanvar 2017 16:37 Sosial"İRƏLİ" İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə "Gənc Əkinçi-2" layihəsi həyata keçirilir. "OLAYLAR"-a daxil olan məlumata görə, layihə gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi "Əkinçi" qəzetinin yaşadılması və gənclər arasında təbliğidir. Gənc Əkinçi Akademiyasının açılış mərasimində Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov nitqində hər bir xalqın inkişafında milli mətbuatın böyük rol oynadığını vurğulamışdır. Əkinçi qəzetinin tarixinə toxunub, "Əkinçi" qəzetinin milli şüuru, milli məfkurəni, milli mənliyi oyatması və inkaşaf etməsinə təkan olması haqqında gənc layihə iştirakçıları əlavə biliklərlə məlumatlandırıb, bununla da mətbuatın inkişafının başlandığını vurğulayıb. Bakı Dövlət Universitetinin dekanı, İctimai Televiziya və Radio yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli Jurnalist peşəsinin çətinliyi, jurnalist etikası mövzusunda fikirlərini səsləndirmiş, ən əsası isə Milli mətbuatımızın əsası olan Əkinçi qəzetindən başlayaraq mətbuat tariximizə toxunmuş, maraqlı məlumatları gənc jurnalistlərlə bölüşüb. Daha sonra isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Mirzəyev çıxış edib.
Qeyd edək ki, Gənc Əkinçi Akademiyası 2015-ci ildə İsmayıllı rayonunda baş tutub.