23 nəqliyyat vasitəsi hərraca çıxarılıb 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 yanvar 2017-ci il tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərraca 20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti çıxarılıb. Hərrac paytaxt (Komitənin İnformasiya Texnologiyaları Mərkəzi, H.Əliyev pr. 139A) və regionlardakı hərrac mərkəzlərində baş tutacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 yanvar 2017-ci il tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərraca 20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti çıxarılıb. Hərrac paytaxt (Komitənin İnformasiya Texnologiyaları Mərkəzi, H.Əliyev pr. 139A) və regionlardakı hərrac mərkəzlərində baş tutacaq. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda yerləşən 47 saylı mağaza 200 min manata, Sumqayıtda yerləşən 3 saylı avtomobillərə qazdoldurma stansiyası 280 min manata, Şirvan şəhərindəki Yardımçı təsərrüfat isə 315 min manata təklif olunur. Özəlləşməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarında yerləşir. Binəqədi rayonundakı qeyri-yaşayış obyektinə 468 min 400 manat, Səbail rayonundakı obyektə isə 460 min manat ilkin satış qiyməti təyin olunub. Paytaxtdakı əmlakların sahəsi əsasən 15-300 kv.m. arasında dəyişir. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtda yerləşən "Sabunçu Ticarət Təchizat", "Xətai Ticarət-108" ilə yanaşı, regionlarda yerləşən "Ağcabədi Aqrotexservis", "Mingəçevir Qum Çınqıl", "Tovuz Məişət", "Ucar İnşaat Xidmət", "Xırdalan yük nəqliyyat" kimi səhmdar cəmiyyətlər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31