Komitə iclaslarını bölgələrdə keçirəcək

Milli Məclisin Gənclər və İdman Komitəsi yaz sesisya çərçivəsində toplantılarını respublikanın müxtəlif bölgələrində keçirmək niyyətindədir.

Milli Məclisin Gənclər və İdman Komitəsi yaz sesisya çərçivəsində toplantılarını respublikanın müxtəlif bölgələrində keçirmək niyyətindədir. "Olaylar" xəbər verir ki, bunu Gənclər və idman komitəsinin yanvarın 25-də keçirilən iclasında komitə sədri Fuad Muradov bildirib. İclasda həmçinin 2016-cı il payız sessiyası dövründı gördüyü işlərin hesabatı və 2017-ci ilin yaz sesisyasının iş planı müzakirə olunaraq təsdiq edilib. 2016-cı ilin payız sessiyasında görülən işlər barədə məlumat verən komitə sədri Fuad Muradov bildirib ki, bu müddət ərzində komitəyə 128 müraciət dacil olub və biz də, öz növbəmizdə müvafiq dövlət qurumlarına 83 məktubla müraciət edilib. Yaz sesisyası dövründə görüləcək işlər barəsində danışan F. Muradorv deyib ki, "Gənclər siyasəti haqqında" və "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi komitədə müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31