Bakı Nəqliyyat Agentliyi maarifləndirici videoçarx hazırlayıb- VİDEO

Bakı Nəqliyyat Agentliyi maarifləndirmə missiyasına uyğun olaraq, növbəti layihəsini həyata keçirir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına riayət edilməsinin vacibliyini təbliğ edən videoçarxlar hazırlanıb.

Bakı Nəqliyyat Agentliyi maarifləndirmə missiyasına uyğun olaraq, növbəti layihəsini həyata keçirir. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına riayət edilməsinin vacibliyini təbliğ edən videoçarxlar hazırlanıb. Əsas məqsədimiz, insanlara avtomobil idarə edərkən və piyada kimi yolda hərəkət edərkən özlərinin və doğmalarının həyatlarına biganə qalmayaraq təhlükəsizlik qaydalarına əməl etməyin zəruriliyini izah etməkdir. Bunun üçün də videoçarxlar təsirli ssenarilər əsasında lentə alınıb. Videoçarxların ictimaiyyətə çatdırılmasında sosioloji məsuliyyətlərini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyinə dəstək olan İTV, ARB və XƏZƏR televiziyalarına, eləcə də APA holdinqə və avtosfer.az saytına təşəkkür edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31