Gündəm
Azercell-in prezidenti qalib tələbələrlə görüşdü
Yanvarın 25-də Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azercellin Təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb. Görüşdə çıxış edən Vahid Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr Azercell-də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər: “Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib. Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardı” - deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.
DİN: İntihar edən polis yeddi il əvvəl orqandan xaric edilib
Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.
Ermənistanı terrorla hədələyən Rusiya vətəndaşının kimliyi bilindi
Ermənistanı terror aktları ilə hədələyən Rusiya vətəndaşının kimliyi müəyyən edilib. Bunu Rusiyan Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri Aleksandr Prokopçuk deyib.
Prosineçkinin "Bursaspor"a gedib-getməyəcəyi DƏQİQLƏŞDİ
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" klubunun sükanı arxasına keçidi reallaşmayıb. Bakıda xorvatiyalı mütəxəssislə danışıqlar aparmaq üçün səfərdə olan klubun futbol şöbəsinin müdiri Yüksel Çolak açıqlama verib.
Əbülfəz Qarayev əmr imzaladı
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı həyata keçirildi. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olundular.
Müsabiqə qalibləri mükafatlandırılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında keçirdiyi “Sabahın əsgəri” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi üçün Xidmətin Aparatında tədbir təşkil olunub.
Ermənistan portallarında Dağlıq Qarabağla bağlı saxtalaşdırılmış faktların yayılmasının qarşısı alınmalıdır
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının üçüncü günündə plenar iclasda “Onlayn media və jurnalistika: çağırışlar və hesabat, kiberdiskriminasiya və onlayn nifrətə son qoyulması” mövzusunda hesabat dinlənilib və müzakirələr aparılıb. “OLAYLAR”-ın yap.org.az saytına istonadən verdiyi xəbərə görə, AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva müzakirələrə qoşulub və bildirib ki, bu gün qlobal miqyasda onlayn mediadan müəyyən ideyaların təbliği üçün manipulyasiya üsulu kimi istifadə olunur: “Təəssüf ki, saxta faktlar ictimai fikrin formalaşmasına və virtual mif yaradılmasına yönəlib. Xüsusilə münaqişə zonaları haqqında düzgün informasiya yaymaq böyük məsuliyyətdir. Təəssüflər olsun ki, bəzi veb saytlar bunu düzgün dərk etmir.
AMEA-da “Magistr-2017” müsabiqəsi keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən cari ilin may-iyun aylarında AMEA-da “Magistr-2017” müsabiqəsi keçiriləcək. Akademiyadan “Olaylar” – a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdi.
Prezidentin sərəncamı böyük ruh yüksəkliyinə səbəb olub
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Cəbrayıl camaatının böyük ruh yüksəkliyinə səbəb olub.
Ölkədə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur
Azərbaycan XX əerin 90-cı illərində tarixində ikinci dəfə öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkədə həlli vacib bir sıra məsələlərin yoluna qoyulması istiqamətində işlərə start verildi. Bunların içərisində ən mühüm məsələlərdən biri isə ölkədə azad, müstəqil medianın yaradılması idi. Düzdür, müstəqilliyin ilk illərində bunu həyata keçirmək o qədər də asan deyildi.
Taleh Bağırova 20, Fuad Qəhrəmanlıya 10 illik həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
MTN-in həbsdə olan generalları “Rabitə işi”ndə ifadə veriblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Masallının daha iki kəndinə təbii qaz verilib
Yanvarın 25-də Masallı rayonu Sığdaş və Babaküçə kəndlərinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olub. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev açıb. Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışıb.
Yeni quyu qazılır
“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 800 000 kubmetr qaz və 150 ton kondensat hasil ediləcək. Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.
Naxçıvanda interaktiv açıq dərs
“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında interaktiv açıq dərs təşkil olunub.














