Masallının daha iki kəndinə təbii qaz verilib
Yanvarın 25-də Masallı rayonu Sığdaş və Babaküçə kəndlərinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olub. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev açıb. Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışıb.
25 Yanvar 2017 16:53 SosialYanvarın 25-də Masallı rayonu Sığdaş və Babaküçə kəndlərinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olub. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev açıb.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışıb.
Tədbirdə "Azəriqaz" İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rəfail Novruzov bildirmişdir ki, Sığdaş və Babaküçə kəndlərinin qazlaşdırılması üçün 24500 paqonometr müxtəlif diametrli borularla qaz xətləri çəkilib, hər bir evə fərdi qaz sayğacı quraşdırılıb. Sığdaş kəndində 259, Babakücə kəndində isə 166 ailəyə təbii qaz verilib.