Gündəm

Qaret Beylə fantastik təklif

25 Yanvar 2017 19:00

Madrid "Real"ının futbolçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Premyer Liqanın iki klubu uelsli yarımmüdafiəçi ilə maraqlanır. Söhbət "Mançester Yunayted" və "Çelsi"dən gedir. Hər iki klub  Beyli heyətinə qatmaqda israrlıdır və bu keçidin qarşılığında "Real"a 200 milyon avro ödəməyə hazırdır. Bu isə o deməkdir ki, 27 yaşlı futbolçu "Mançester Yunayted" və ya "Çelsi"yə keçsə, Pol Poqbanı qabaqlayaraq, futbol tarixinin ən bahalı transferi olacaq. Beyl "Dumanlı Albion"a qayıtmaqla İngiltərədə rekord məvacib - həftədə 400 min avro ala bilər.

""Mançester Yunayted"ə rəhbərlik etmək orada oynamaq qədər çətin işdir"

25 Yanvar 2017 18:57

"Mançester Yunayted"in sabiq baş məşqçisi ser Aleks Fergüson komandanın hazırkı durumu barədə danışıb. Əfsanəvi mütəxəssis "qırmızı şeytanlar"ın bir ara heç-heçə sindromuna tutulmasının turnir cədvəlindəki yerinə ciddi təsir göstərdiyini vurğulayıb.

Azərbaycan prezidenti İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

25 Yanvar 2017 18:54

Azərbaycan prezidenti İlham Əliyev“İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb. Qanuna aşağıdakı məzmunda 602-1-ci maddə əlavə edilib:

Yığmamıza yeni məşqçi təyin olundu

25 Yanvar 2017 18:50

Azərbayca taekvondo yığmasına yeni məşqçi təyin olunub. Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin qərarına əsasən, Rəşad Asif oğlu Əhmədov taekvondo üzrə böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub.

Türkiyədə fabrikdə partlayış: 4 yaralı

25 Yanvar 2017 18:45

Türkiyənin İstanbul şəhərində Hadımköydə plastik fabrikində partlayış olub.  Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub. "Posta"nın xəbərinə görə, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Qafqazinfo.az

"Qaçqınları ABŞ-a buraxmayın" - Trampdan fərman

25 Yanvar 2017 18:41

ABŞ prezidenti Donald Tramp bu gün ölkəyə daxil olan qaçqınların sayını iki dəfə azaldan fərman imzalaya bilər. Qeyd olunan fərmanda ABŞ tərəfindən qəbul olunan qaçqınların sayının 50 minədək azaldılması nəzərdə tutulur.

Məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırlması diqqət mərkəzində

25 Yanvar 2017 18:41

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məcburi köçkünlərlə bağlı imzalamış olduğu fəramn və sərəncamlar bu təbəqədən olan insanlar arasında yaşamaq eşqini daha da artırıb, böyük ruh yükskliyinə səbəb olub. Dövlət başçısının məlum fərman və sərəncamına qədər müəyyən təxribatçı qüvvələr qaçqın və məcburi köçkünlər arasında onlara tətbiq edilən güzəştlərin tamamilə ləğv ediləcəyi barədə yalan məlumatlar yayaraq bu təbəqədən olan insanları hakimiyyətə qarşı qaldırmağa çalışırdı. Etiraf edək ki, bəzi şəxslər həmin təxribatçı dairələrin əsassız məlumatlarına inanaraq bundan narahatçılıq keçirdiklərini də ifadə edirdilər. Ancaq dövlət başçısının bir neçə gün əvvəl məcburi köçkünlərlə bağlı bir-birinin ardınca imzaladığı sərəncam bunun əksini ortaya qoydu. Prezident bir daha sübut etdi ki, əhalinin aztəmninatlı təbəqəsi, xüsusi məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim gündəmdədir və bu başlıca prioritet olaraq qalır. Məlumat üçün qeyd edək ki, dövlət başçısı bu günlərdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.

Bakıda yol polisi ciddi tədbirlərə başladı - Bu dəfə piyadalara qarşı

25 Yanvar 2017 18:33

Bakıda yol polisi əməkdaşları piyadalarla əlaqədar ciddi mübarizə tədbirləri həyata keçirməyə başlayıb. Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

İlham Əliyev Hindistan və Avstraliya rəhbərlərini təbrik edib

25 Yanvar 2017 18:31

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə təbrik məktubu ünvanlayıb.

Ərdoğanın kürəkəni Azərbaycana gələcək

25 Yanvar 2017 18:30

Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak Azərbaycana işgüzar səfər edəcək.

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək

25 Yanvar 2017 18:28

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Tarix İnstitutunda 3 cildlik “Azərbaycan tarixi” nəşrə hazırlanır

25 Yanvar 2017 18:21

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

“Bakı Metropoliteni”ndən daha bir yenilik

25 Yanvar 2017 18:12

Bakı metropoliteninin bəzi stansiyalarında turniketlərin sayı artırılıb. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  aparılmış təhlillərə əsasən, gur saatlarda, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı Dənizkənarı Milli Parkın, Tofiq Bəhrəmov adına Respublika stadionunun və Bakı Olimpiya Stadionunun yaxınlığındakı “Sahil ”, “Gənclik” və “Koroğlu” stansiyalarında sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, qeyd edilən stansiyaların avtomat-buraxılış nəzarət məntəqələrində əlavə turniketlər quraşdırılıb. Artıq “Sahil” və “Koroğlu” stansiyalarında quraşdırılmış turniketlər sərnişinlərin istifadəsinə verilib. Yaxın günlərdə “Gənclik” stansiyasında da işlər yekunlaşacaq. 

Xaçmazın içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

25 Yanvar 2017 18:11

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri  intensiv şəkildə həyata keçirilir.

İŞİD-in maşın karvanı məhv edildi

25 Yanvar 2017 18:10

Suriya Hərbi Hava Qüvvələri ölkənin şimalındakı Homs əyalətində İŞİD terror təşkilatına məxsus maşın karvanına zərbə endirib.