“Bakı Metropoliteni”ndən daha bir yenilik
Bakı metropoliteninin bəzi stansiyalarında turniketlərin sayı artırılıb. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, aparılmış təhlillərə əsasən, gur saatlarda, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı Dənizkənarı Milli Parkın, Tofiq Bəhrəmov adına Respublika stadionunun və Bakı Olimpiya Stadionunun yaxınlığındakı “Sahil ”, “Gənclik” və “Koroğlu” stansiyalarında sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, qeyd edilən stansiyaların avtomat-buraxılış nəzarət məntəqələrində əlavə turniketlər quraşdırılıb. Artıq “Sahil” və “Koroğlu” stansiyalarında quraşdırılmış turniketlər sərnişinlərin istifadəsinə verilib. Yaxın günlərdə “Gənclik” stansiyasında da işlər yekunlaşacaq.
25 Yanvar 2017 18:12 SosialBakı metropoliteninin bəzi stansiyalarında turniketlərin sayı artırılıb. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, aparılmış təhlillərə əsasən, gur saatlarda, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı Dənizkənarı Milli Parkın, Tofiq Bəhrəmov adına Respublika stadionunun və Bakı Olimpiya Stadionunun yaxınlığındakı "Sahil ", "Gənclik" və "Koroğlu" stansiyalarında sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, qeyd edilən stansiyaların avtomat-buraxılış nəzarət məntəqələrində əlavə turniketlər quraşdırılıb. Artıq "Sahil" və "Koroğlu" stansiyalarında quraşdırılmış turniketlər sərnişinlərin istifadəsinə verilib. Yaxın günlərdə "Gənclik" stansiyasında da işlər yekunlaşacaq.
Gələcəkdə sərnişin axınının təhlillərinə əsasən, digər stansiyalarda da əlavə turniketlərin quraşdırılması tələb olunarsa, qabaqlayıcı tədbir kimi müvafiq addımlar atılacaq.