Məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırlması diqqət mərkəzində
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məcburi köçkünlərlə bağlı imzalamış olduğu fəramn və sərəncamlar bu təbəqədən olan insanlar arasında yaşamaq eşqini daha da artırıb, böyük ruh yükskliyinə səbəb olub. Dövlət başçısının məlum fərman və sərəncamına qədər müəyyən təxribatçı qüvvələr qaçqın və məcburi köçkünlər arasında onlara tətbiq edilən güzəştlərin tamamilə ləğv ediləcəyi barədə yalan məlumatlar yayaraq bu təbəqədən olan insanları hakimiyyətə qarşı qaldırmağa çalışırdı. Etiraf edək ki, bəzi şəxslər həmin təxribatçı dairələrin əsassız məlumatlarına inanaraq bundan narahatçılıq keçirdiklərini də ifadə edirdilər. Ancaq dövlət başçısının bir neçə gün əvvəl məcburi köçkünlərlə bağlı bir-birinin ardınca imzaladığı sərəncam bunun əksini ortaya qoydu. Prezident bir daha sübut etdi ki, əhalinin aztəmninatlı təbəqəsi, xüsusi məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim gündəmdədir və bu başlıca prioritet olaraq qalır. Məlumat üçün qeyd edək ki, dövlət başçısı bu günlərdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
25 Yanvar 2017 18:41 SosialDövlət başçısının imzaladığı fərman bu sahədə şəffaflıığı daha da artıracaq

Artıq Nazirlər Kabineti "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nı təsdiq edib. Yeni qaydalarda bir sıra yeniliklər nəzərdə tutulur ki, bu həm məcburi köçkünlər üçün səmərəli hesab edilə bilər, həm də bu vaxta qədər onların adından sui-istifadə hallarına yol verən şəxs və şəxslərin, müəyyən qurumların büdcədən vəsait oğurlamasının qarşısnı alar. Belə ki, prezident fərmanına qədər məcburi köçkünlər üçün kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər həyata keçirilirdi. Həmin ödənişlər isə birbaşa büdcdən kommunal xidməti həyata keçirən dövlət qurumları, səhmdar cəmiyyətlərə ayrılırdı. Ancaq təəssüfedici məqam ondan ibarət idi ki, qeyd edilən dövlət qurumları, səhmdar cəmiyyətləri məcburi köçkünlər üçün ayrılan kommunal xərclərin böyük bir qismini mənimsəyirdilər. Baxmayaraq ki, hər il Dövlət Büdcəsindən məcburi köçkünlər üçün ayrılan vəsaitlər hesabına onların elektrik enerjisi, təbii qaz və digər kommunal xidmətlərinin yaxşılaşdırılması nəzərdə tutulurdu, ancaq reallıqda həmin vəsaitlər mərhələli şəkildə büdcədən oğurlanırdı. Dövlət başçısının imzalamış olduğu fərmanla isə bu kimi neqativ halların qarşısı alınacaq və hər
hansı bir qurum məcburi köçkünlərə ayrılan vəsaiti mənimsəyə bilməyəcəklər. Yeni qaydalarda diqqət çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, bundan sonra ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün" statusuna malik olan şəxslərə aylıq müavinət veriləcək. Bu axta qədər isə respublika ərazisində yaşayıb-yaşamamasından asılı olmayaraq hər bir məcburi köçkün aylıq müavinəti alırdı. Rusiya və ya başqa ölkəyə üz tutun orada yaşayan məcburi köçkün yerlərdəki "adamları"nın köməkliyi ilə bu yardımdan yararlana bilirdi. Bundan sonra isə respublika ərazisindən kənarda yaşayan məcburi köçkünlər bundan yararlana bilməyəcək ki, bu da fərmanın müsbət tərəflərindən sayıla bilər. Yalnız "məcburi köçkün" statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə bu şamil ediləcək. Başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir.
Prezidednt fərmanı əsasında Nazirlər Kabinetinin hazırladığı qaydalarda müsbət qeyd edilməli məqamlardan biri də ondan ibarətdir ki,
məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş "məcburi köçkün" statusu olan şəxslərə, dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən zabitlərə və digər məsul vəzifəli şəxslərə, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara və s. aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək. Bu müddəalar da tamamilə düzgün qeyd edilib. Reallıq ondan ibarətdir ki, bu gün bir çoxları məcburi köçkün olsa da, lakin bəzi məcburi köçkün vətəndaşlarımızın həmin müavinətə ehtiyacı belə yoxdur. Amma bu statusdan istifadə edərək ehtiyacı olmadıqları halda aylıq müavinətdən yararlanırlar.
Son olaraq onu qeyd etmək lazımdır ki, dövlət başçısının məlum fərmanı məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı bu sahədə şəffaflığın təmin olunması, mövcud problemlərin aradan qaldırılmasına da yol açacaq.
Məhəmməd