Naxçıvanda interaktiv açıq dərs
“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında interaktiv açıq dərs təşkil olunub.
25 Yanvar 2017 16:50 Sosial"İnteraktiv açıq dərs" layihəsi çərçivəsində AMEA Naxçıvan bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında interaktiv açıq dərs təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin "Olaylar" - a verdiyi məlumata görə Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin apardığı açıq dərsdə Günəş və planetlər haqqında şagirdlərə ətraflı məlumat verilib.
"Günəş sisteminin iri cisimləri: planetlər" mövzusunda keçirilən dərsdə Günəşin radiusu, kütləsi, sıxlığı, kimyəvi tərkibi, temperaturu və cazibə sahəsindən danışılıb. Qulu Həziyev bildirib ki, planetlər və onların peykləri, asteroidlər və kometalar Günəş sistemini təşkil edirlər .
Dərsdə Merkuri, Venera, Yer və Mars planetlərinin fiziki və kimyəvi xüsusiyyətlərinin oxşarlığı diqqətə çatdırılıb. Qeyd edilib ki, buna görə də onlar eyni bir qrupa daxil edilərək Yer qrupu planetləri adlandırılıb. Bu qrupa daxil olan planetlər öz oxları ətrafında nisbətən asta sürətlə fırlanırlar və onların təbii peyklərinin sayı da az olur.Yuputer, Saturn, Uran və Neptun isə nəhəng planetlər qrupuna daxildi. Nəhəng planetlərin hamısı ancaq qaz halında olan maddələrdən ibarətdi..
Qeyd edək ki, açıq dərs muxtar respublikanın 200 ümumtəhsil məktəbində izlənilib.