“Bu gün futboldan çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var”

Məşqçilərin hüquqlarının təmini ilə bağlı “İdman haqqında” qanuna dəyişiklik təklif olunub. Belə bir təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin iclasında millət vəkili Rauf Əliyev çıxış edib.

Məşqçilərin hüquqlarının təmini ilə bağlı "İdman haqqında" qanuna dəyişiklik təklif olunub. Belə bir təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin iclasında millət vəkili Rauf Əliyev çıxış edib. Onun szölərinə görə, bu gün Azərbaycanda idmançıların yetişməsində onalrın ilk məşqçiləri olsa da, idmanıçının sonrakı həyatında onlar o qədər də rol oynamır və əldə edilən gəlirdən vəsait əldə etmir: "Məsələn uşaq futbolunda erkən yaşında futbolçunu hazırlayan məşqçi sonradan, həmən uşağı müəyən yaş həddində hansısa futbol klubu yetişdirir. Futbol klubu isə həmən futbolçunu lazım olanda hansısa futbol klubuna satır. Bu transfertdən futbol klubu gəlir əldə etsə də ilk məşqçilər gəlir əldə etmir. Bu dəyişiklik də məhz həmən ilk məşqçilərə əldə edilən gəlirdən pay verilməsini nəzərdə tutur". R.Əliyev bildirib ki, qanuna nəzərdə tutulan dəyişikliyə əsasən futbol klubundan digər kluba transfert edən idmançıdən əldə edilən gəlirin 70%-nin ilk məşqçiyə yönəldilməsi nəzərdə tutulur: "İstəyirik ki, qanuna dəyişiklik yaz sesisyasında gündəliyə çıxarılaraq, öz müsbət həlini tapsın". Deputat əlavə edib ki, Azərbaycanda "Uşaq və gənclər futbolu haqqında" qanun layihəsi hazırlanır. Onun sğözlərinə görə, ölkədə uşaq futbolunun inkişafı və kütləviliyini təmin etmək məqsədi ilə belə bir qanun layihəsinə zərurət var: "Hazırda qanun layihəsi üzərində iş gedir. Ancaq bu qanun layihəsi hazırlandıqdan sonra onun müddəaları UEFA ilə razılşadırılmalıdır".
Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib ki, bu gün futboldan daha çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olan idmançılara ehtiyac var. Deputat bildirib ki, bu gün Azərbaycan gəncləri özlərini xarici film qəhrəmanlarına oxşadırlar: "Bu gün biz öz idmançılarımızı bölgələrdə təbliğ etsək, qaliblərimizi, qəhrəmanlarınmızı onlara göstərsək, bu, onların daha çox xoşuna gələr və onlar da özlərini öz qəhrəmanlarımıza oxşadıb bir-birlərini idmanla məşğul olmağa çağıracaqlar. Biz bu işləri görmək üçün əməli işlərimizi rəsmiyyətə salmaq istəyirik. Onsuz da bizim bu sahədə tədbirləri həyata keçirməkdə heç bir sıxıntımız yoxdur. Dövlət lazımı qədər bu tədbirlərə dəstək olur. Ancaq bizim bu işlərə qoşulmağımızın nəticələri daha gözəl olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31