Azərbaycan korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi irəliləyişə nail olub
Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarına qarşı aparılan mübarizə öz müsbət nəticələrini göstərir. İldən-ilə bu sahədə vəziyyətin yaxşılaşması beynəlxalq təşkilatlar, bu sahədə araşdırma aparan qurumlar tərəfindən də təqdirəlayiq hal kimi xarakterizə edilir. Bu günlərdə “Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatının 2016-cı il üçün açıqladığı Korrupsiya Qavrama İndeksində də qeyd edilən sahədə müsbət çalarlara rast gəlmək mümkündür. Belə ki, 2016-ci ildə Azərbaycan indeksdə 30 balla 176 ölkə arasında 123-cı sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Odur ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. 2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu yeri tutmuşdu. Azərbaycanın 2016 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. 2016 KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.
25 Yanvar 2017 15:26 SosialArtıq beynəlxalq təşkilatların hesabatlarında da bu fakt etiraf edilir
Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarına qarşı aparılan mübarizə öz müsbət nəticələrini göstərir. İldən-ilə bu sahədə vəziyyətin yaxşılaşması beynəlxalq təşkilatlar, bu sahədə araşdırma aparan qurumlar tərəfindən də təqdirəlayiq hal kimi xarakterizə edilir. Bu günlərdə "Beynəlxalq Şəffaflıq" təşkilatının milli bölməsi olan "Şəffaflıq Azərbaycan" təşkilatının 2016-cı il üçün açıqladığı Korrupsiya Qavrama İndeksində də qeyd edilən sahədə müsbət çalarlara rast gəlmək mümkündür. Belə ki, 2016-ci ildə Azərbaycan indeksdə 30 balla 176 ölkə arasında 123-cı sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Odur ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. 2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu yeri tutmuşdu. Azərbaycanın 2016 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. 2016 KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.
Sənəddə qeyd edilir ki, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin səmərəliliyinin və hesabatlılığının artırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın 2016 KQİ-də mövqeyi yaxşılaşıb. Hökumət 2016-cı ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirib. Ancaq bu sahədə islahatların miqyasının genişləndirilməsinə də ehtiyac duyulur. İqtisadi sferada aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə ümumilikdə müsbət təsir edib. Şəffaf və hesabatlı fiskal siyasətin dəstəklənməsi də hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılması və ölkənin KQİ-də statusunun yaxşılaşmasına töhfə verə bilər.
Sənəddə bildirilir ki, Azərbaycan son illərdə dövlət xidmətlərinin göstərilməsi sahəsində korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi irəliləyişə nail olub. Bir pəncərə prinsipi əsasında 112 dövlət xidmətinin həyata keçirilməsini təşkil edən ASAN xidmət mərkəzləri yüksək standartlara cavab verən fəaliyyətini davam etdirərək bu xidmətlərin göstərilməsi prosesini daha da təkmilləşdirib. ASAN xidmətin fəaliyyəti dövlət orqanları arasında rəqabətin meydana çıxmasına şərait yaradaraq xidmət istifadəçilərinin məmnuniyyətini hədəf alan, daha yaxşı idarəetmə siyasətinin və praktikasının formalaşmasına imkan verib. Paralel olaraq, hökumət dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayını və keyfiyyətini daha da artıraraq məmurla vətəndaş arasında təması azaldıb. Ötən il dövlət idarəetməsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş ən vacib islahatlardan biri də korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsidir. Bu dəyişiklik korrupsiya hüquqpozmaları barədə məlumatın verilməsi və məlumatı verən şəxsin müdafiəsi üçün tədbirlərin görülməsi ilə bağlı qaydaları müəyyənləşdirib. Digər müsbət addım isə hökumətin "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nı qəbul etməsi olmuşdur. Planın uğurlu icrası dövlət idarəetməsində ictimai iştirakçılığın, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə geniş imkanlar yarada bilər. KQİ-də müəyyən problemlərə də diqqət çəkilir. Bildirilir ki, 2016-cı ildə bir sıra problemlər həllini tapmayıb. Vəzifəli şəxslərin gəlir bəyannamələrinin formasının hazır olmaması səbəbindən "Korrupsiyaya qarşı mübarizə" haqqında Qanunda öz əksini tapmış - vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi haqqında tələb icra olunmayıb. Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsi hazır olsa da, hələki qəbul edilməyib. Bütün bunlara baxmayaraq Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu islahat səylərinin səmərəliliyi üçün olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elemetlərindən biri bütün maraqlı tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. Ona görə də, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün qanunvericilik imkanları daha da genişləndirilməlidir.
Füzuli