"Bu göstərir ki, Azərbaycan dövləti işğal edilən ərazilərini bərpa edəcək"

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı böyük əhəmiyyət daşıyan sənəddir”. Bunu   millət vəkili Musa Qasımlı deyib. 

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamı böyük əhəmiyyət daşıyan sənəddir". Bunu   millət vəkili Musa Qasımlı deyib. 

Millət vəkilinin sözlərinə görə, sözügedən sərəncam sadəcə bir kəndin bərpa edilməsi deyil, ümimilikdə işğal altında olan ərazilərimizin azad edildikdən sonra bərpasına  yönəlik dövlət siyasətinin bir addımıdır.  Bu bir daha göstərir ki, Azərbaycan dövləti  işğal edilən bütün ərazilərini bərpa edəcək və məcburi köçkünlər daimi yaşayış yerərinə qayıdacaqlar".

M. Qasımlı əlavə edib ki, sözügedən sərəncam həmçinin göstərir ki, Azərbaycan heç zaman  ərazilərinin  işğalı ilə barışmayacaq, sülh yolu ilə alınmasa, hərbi yolla da olsa tarixi torplaqlarını düşmənin işğalından azad edərək öz ərazi bütövlüyünü bərpa edəcək. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31