Sərkisyanı ciddi sınaq gözləyir
Erməınistan prezidenti hakimiyyətinin ömrünü uzatmaq üşüm növbəti dəfə qarşıdurmaya gedəcək Ermənistanın mövcud hakimiyyəti uzun illərdir ki, mənimsədiyi kreslonu əldən verməmək üçün dəridən-qabıqdan çıxır.
25 Yanvar 2017 15:01 SiyasətAprel seçkiləri Serj hakimiyyətinin sonu ola bilər
Ermənistan prezidenti hakimiyyətinin ömrünü uzatmaq üşüm növbəti dəfə qarşıdurmaya gedəcək Ermənistanın mövcud hakimiyyəti uzun illərdir ki, mənimsədiyi kreslonu əldən verməmək üçün dəridən-qabıqdan çıxır. Ötən prezident seçkilərində hər cür saxtakarlıqlarla hakimiyyətini qoruyub saxlaya bilən Serj Sərkisyan bu dəfə bir neçə aydan sonra baş tutacaq palament seçkilərində istənilən nəticənin əldə ediləcəyinə şübhə ilə yanaşır. Çünki son bir neçə ildə Ermənistanın hakim partiyasının "ağır topları" Sərkisyandan üz döndərərək müxalif düşərgəyə keçib. Ona görə də parlament seçkiləri ərəfəsində olan Ermənsitanda aprel seçkilərinin Sərkisyan hakimiyyətinin sonu kimi xarakterizə edilir. Məlul olduğu kimi cari ilin aprel ayında Ermənitanda növbəti parlament seçkiləri keçiriləcək. Keçən ilin son aylarından işğalçı ölkədə baş verən hadisələr onu deməyə əsas verir ki, seçikilər gərgin mübarizə şəraitində keçəcək. Düzdür, hələ seçkilərə iki aydan da artıq vaxt qalıb. Ancaq ölkədə keçirilən rəy sorğuları və hakimiyyət partiyasından qopmalar onu deməyə əsas verir ki, parlament seçkilərindən Ermənistan müxalifəti qalibiyyətlə ayrılacaq. Elə bu səbəbdəndir ki, Serj Sərkisyan yenidən ənənəvi Qarabağ kartını işə salıb. Belə ki, Azərbaycanla təmas xəttində gərginliyi artırılması, müntəzəm olaraq atəşkəs rejimini pozulması məhz Sərkisyanın seçkiqabağı planlarının bir hissəsidir. Ermənistan prezidenti bununla xalqa mesaj verir ki, hazırkı hakim partiya iqtidardan getsə Qarabağda hərbi əməliyyatlar aktivləşəcək və Ermənistan ciddi təhlükə ilə üzləşəcək. Ona görə də erməni xalqı apreldə keçiriləcək parlament seçkilərində düzgün seçim edib hazırkı hakim partiyanı seçkilərin qalibi etməlidir. Ancaq Serj Sərkisyanın hakim partiyasının parlament seçkilərində qələbə qazanmaq şansının az olduğu da bildirilir. Buna səbəb müxalifətin seçkilərə ciddi hazırlaşması göstərilir. "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da deyir ki, Serj Sərkisyanın cəhdlərinə və seçki oyunlarına baxmayaraq Ermənistan müxalifəti aprel seçkisinə ciddi hazırlaşır. Onun sözlərinə görə, bu arada, prezident Serj Sərkisyanın gəmisini tərk edənlərin sayı artır: "Ermənistan prezidenti Serj Sərkisyan Seyran Ohanyanı müdafiə naziri vəzifəsindən uzaqlaşdırdıqdan sonra eks-nazir siyasi fəliyyətə başlayacağını elan etdi və keçmiş xarici işlər naziri Vardan Oskanyanla siyasi blok formalaşdırdı. Bu bloka Ermənistanın tanınmış siyasətçisi, keçmiş dissident Paruyur Ayrikyan da qoşulub". Elxan Şahinoğlu deyib ki, Paruyur Ayrikyan müstəqillikdən bu yana Ermənistan hakimiyyətlərinə qarşı hər zaman müxalifətdə olub, ruspərəst siyasətin əleyhinədir: "Paruyur Ayrikyan özü yeni blokun müvəqqəti xarakter daşıdığını bildirir. O, əsas məqsədlərinin Serj Sərkisyanın parlament seçkisində qələbəsini əngəlləmək olduğunu deyir". Mərkəz rəhbəri onu da bildirib ki, bu günlərdə isə Serj Sərkisyan partiyadakı müavinini, keçmiş baş nazir Ovik Abramyanı da itirib: "Ovik Abramyan hakim partiyadan istefa verdiyini açıqlayıb. Böyük ehtimalla o da müxalifətin sıralarını genişləndirəcək. Ovik Abramyanın Ohanyan-Oskaynan-Ayrikyan üçlüyünə qoşulması ehtimalı da yüksədir. O biri tərəfdə isə Serj Sərkisyanı qarabaqara izləyən keçmiş dostu, eks-prezident Robert Köçəryan var. O da Serj Sərkisyanın idarəetməsinin tənqidçilərindəndir. Bu sıraya keçmiş prezident Levon Ter-Petrosyanı da əlavə etsək, apreldə Serj Sərkisyanı ciddi sınaq gözlədiyini ehtimal etmək mümkündür". "Arlas" Araşdırmalar Mərkəzinin sədri hesab edir ki, Serj Sərkisyan hakimiyyətinin ömrünü uzatmaq üşüm növbəti dəfə qarşıdurmaya gedəcək. Politoloq bildirib ki, İrəvan küçələrində kütləvi silahlı toqquşma da istisna deyil: "İndi əsas məsələ Ermənistanda hakimiyyət dəyişikliyinə ağaları Moskvanın icazəsinin alınmasıdır. Moskvada Serj Sərkisyana böyük simpatiya yoxdur. Təsadüfi deyil ki, hakimiyyətdə təmsil olunmamalarına rəğmən, Robert Köçəryan Vladimir Putinlə, Ovik Abramyan isə Dmitri Medvedyevlə görüşürlər. Politoloq Ramiz Alıyev də Ermənistanda aprel ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin gərgin mübarizə şəraitində keçəcəyi qənatindədir. Onun sözlərinə görə, Serj Sərkisyan heç bir halda hakimiyyətdən getmək istəmir: "Ona görə də maksimum çalışır ki, hakim partiya seçkiərin qalibi olsun. Ancaq burada maraqlı olan məqam ondan ibarətdir ki, artıq sadə ermənilər Sərkisyan və onun komandasına qətiyyən inanmırlar. Çünki məhz Sərkisyan hakimiyyəti erməni xalqının onsuz da ağır olan durumunu bir qədər də çətinləşdirib, onu rəzil, yoxsul vəziyyətə salıb. Digər tərəfdən keçən ilin aprelində cəbhə xəttində baş verən erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu döyüş əməliyyatı və uzun illər erməni işğalı altında olan bir neçə strateji əhəmiyyətli məntəqənin ələ keçirilməsi də Sərkisyanın reytinqinə əsaslı dərəcədə təsir göstərib və xalq tərəfindən artıq arzuedilməz bir fiqura çevrilib. Bütün bunları nəzərə alaraq qəti şəkildə bildirmək olar ki, aprel seçkiləri Sərkisyan hakimiyyətinin sonu kimi tarixə düşəcək"
S. İsmayılbəyli