Gündəm
Bəzi gənclər niyə ali təhsildən imtina edirlər?
Fevralın 1-dən Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Sessiyanın ilk plenar iclasında parlamentin qanunvericilik işlər planı təsdiq edilib. Yəni, artıq məlumdur ki, Milli Məclis yaz sessiyasında hansı qanun layihələrinin müzakirəsini aparacaq. Məsələ orasındadır ki, elə qanun layihələri var ki, nədənsə illərlədir ki, müzakirəyə çıxarmaq mümkün olmur. Yaxud, qəbul olunması üçün illərdən bəri təkliflər irəli sürülsə də hələ ki, ortada konkret qanun layihəsi yoxdur.
Azərbaycan o ölkələrdəndir ki, iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə dəstəyini əsirgəmir
“Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir”. Bunu Bakıda maestro Niyazinin abidəsinin açılış mərasimində prezident İlham Əliyev deyib.
Azərbaycan prezidenti Bakıda Niyazinin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB
Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.
Avtomatlaşdırılmış sosial yardım sisteminin təqdimatı
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən son illərdə ölkəmizin əmək və sosial müdafiə sahələrində elektron əsaslar üzərində qurulan şəffaf idarəetmə və xidmət sistemlərinə mötəbər beynəlxalq təşkilatlar tərəfindən də maraq artmaqdadır. Belə qurumlardan biri olan Dünya Bankının ekspert qrupunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti nəzərə alınaraq, bu təşkilatın Vaşinqton şəhərində (ABŞ) yerləşən mərkəzi ofisi üçün nazirliyin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) videokonfrans vasitəsilə geniş təqdimatı keçirilib.
Keçən il Yeni Azərbaycan Partiyasının 7 736 859 manat gəliri olub
2016-cı ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 736 859 manat olub. Bunun 6 596 979 manatını üzvlük haqları, 1 139 880 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
Uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” turniri keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “02-Fevral Azərbaycan Gəncləri günü”nün qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamının icrasına uyğun olaraq rayon Gənclər evində Binəqədi rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri 3 №-li Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” idman növü üzrə təsnifat turnirinə start verilib.
Trampın qəbul etdiyi dərmanların SİYAHISI-nı həkimi açıqladı
ABŞ prezidenti Donald Trampın şəxsi həkimi yerli mətbuata müsahibəsində yeni prezidentin hansı dərmanları qəbul etdiyini açıqlayıb.
Baş nazirdən istefa açıqlaması: “Bircə əsgər ölərsə...”
Yaponiyanın baş naziri Sindzo Abe Cənubi Sudanda BMT missiyasının tərkibində xidmət edən yapon hərbçilərdən birinin öləcəyi, yaxud da yaralanacağı halda istefaya verməyə hazırdır.
BMT Türkiyənin FETÖ ilə bağlı tələbini qəbul etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) qeyri-hökumət təşkilatları üzrə Komitəsi Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı Türkiyənin irəli sürdüyü tələbi qəbul edib.
“Yarımçıq xatirələr” filmi ilə bütün kinoteatrlarda
Bu gündən etibarən “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yarımçıq xatirələr” bədii filminin nümayişinə başlanılır. Elxan Cəfərovun hərbi-vətənpərlik mövzusunda lentə alınan yeni filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq.
“Şeyx əs-Siləfi və Azərbaycan” monoqrafiyası
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın “Şeyx əs-Siləfi və Azərbaycan” monoqrafiyası işıq üzü görüb.
Nərimanov rayonunda moda festivalı keçirilib
“Odlar Yurdu” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Odlar Yurdu” Universitetinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr edilmiş Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Art fashion - 2017” moda festivalı keçirilib.
Keçən il hakim partiyaya 23 min nəfər üzv olub
Fevralın 2-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın hakim partiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda YAP İdarə Heyətinin 2016-cı ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək, qeyd edib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam etdirilmişdir. Ötən ilin başlıca siyasi hadisəsi Azərbyacan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) olub.
Əmək Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə müraciətlərin sayı azalıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan bütün iş sahələrinin avtomatlaşdırılması və xidmətlərin elektron müstəvidə şəffaf şəkildə təşkil olunması nazirliyin “Çağrı mərkəzləri”nə müraciətlərin də getdikcə azalması ilə müşahidə edilir.
Azərbaycanlılarla kürdlər DALAŞDILAR - Ölən var
Rusiyanın Surqut şəhərində azərbaycanlı və kürd qruplaşmaları arasında dava olub. Yanvarın 31-də Surqutun "Rus" kafesi yaxınlığında baş verən dava zamanı əslən azərbaycanlı olan 44 yaşlı Rusiya vətəndaşı Rüzgar Əliyev öldürülüb.














