Nərimanov rayonunda moda festivalı keçirilib
“Odlar Yurdu” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Odlar Yurdu” Universitetinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr edilmiş Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Art fashion - 2017” moda festivalı keçirilib.
2 Fevral 2017 14:37 Sosial"Odlar Yurdu" Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Odlar Yurdu" Universitetinin birgə təşkilatçılığı ilə "2 fevral - Azərbaycan Gəncləri Günü"nə həsr edilmiş Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında "Art fashion - 2017" moda festivalı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Art fashion - 2017" moda festivalının keçirilməsində məqsəd "2 fevral - Azərbaycan Gəncləri Günü"nü geniş şəkildə qeyd etmək, gənclərin mənəvi inkişafını təmin etmək, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək və asudə vaxtlarının səmərəli təşkil etməkdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Odlar Yurdu" Universitetinin rektoru, professor Əhməd Vəliyev, Universitetin müəllim heyəti və fəal gənclər iştirak edib. Çıxışlardan sonra Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iki nominasiya üzrə geyimlərini nümayiş etdiriblər və münsiflər tərəfindən qiymətləndirilib. Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif olunub.