Gündəm

"Aprel müharibəsi başlanğıc idi, ardı gələcək" - Ermənistandan ETİRAF

2 Fevral 2017 14:28

"Aprel müharibəsindəki məğlubiyyət göstərdi ki, Ermənistanı oğrular və satqınlar idarə edir". Bu barədə erməni jurnalist Ramella Mnaçakanyan "armenianreport" saytında yayımlanan məqaləsində yazıb.

Alman və fransız dillərindən doktoranturaya qəbul imtahanları

2 Fevral 2017 14:26

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin doktoranturasına alman və fransız dillərindən qəbul imtahanları keçirilib.

Dövlət Komissiyası ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

2 Fevral 2017 14:25

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

Aktrisadan ŞOK İDDİA - Bu tarixdə Türkiyədə 2-ci "Reina" terroru olacaq - VİDEO

2 Fevral 2017 14:23

Türkiyə "Reina" terrorunu unutmağa çalışarkən, aktrisa Başak Sayan sosial şəbəkə hesabından müxtəlif analizlər apararaq yeni bir terror olacağıyla bağlı xəbərdarlıq edib. Başak Sayan "Twitter" hesabından bu ay ərzində "Reina" terroruna bənzər bir terrorun reallaşacağını iddia edib. Sayan bu iddiasına səbəb olaraq da ulduzların xəritəsini göstərib.

"Beynəlxalq nümayəndələrin Cocuq Mərcanlıya getməsi xarici siyasətimizin üstünlüyüdür" 

2 Fevral 2017 14:19

“Beynəlxalq təşkilatların nümayəndələri Cocuq Mərcanlı kəndinə getməklə, ermənilərin nə qədər vəhşiliklər törətdiyinin şahidi olacaqlar. Çünki, orada kənd qalmayıb, həmin ərazi yalnız xarabalıqdan ibarətdir”. Bunu  Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı deyib.

Əli Həsənov Səudiyyə Ərəbistanı Kralı ilə görüşüb

2 Fevral 2017 14:18

Fevralın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb. Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.

Rəsulzadəni qurban verən eynəkli adam...

2 Fevral 2017 14:16

Napoleon Bonapartın bu sözləri ona aid deyil. Çünki o, illərdir bu işlə məşğuldur. 1990-cı illərdə ölkəni uçuruma aparanda da, 22 il boyunca Müsavatda başqanlıq postunu zəbt edəndə də, Müsavatın “kölgə başqanı” kimi Məmməd Əmin Rəsulzadənin abidəsi önündə danışanda da “əxlaq haqqında boşboğazlıq” edirdi.

BAXCP rəsmisi: “Əli Kərimli ilə Qənimət Zahid şərik olublar”

2 Fevral 2017 14:14

“Qənimət Zahidin pul alması həqiqətdir. O, Əli Kərimli ilə şərikdir. Xalq Cəbhəsi Partiyasında rəhbər səviyyəsində də  bilirdilər ki, Qənimət Zahid hakimiyyətdə nazir, komitə sədri və digər strukturların rəhbərlərindən pul alır. Hər kəs də bilirdi ki, Qənimət Zahid bunu Əli Kərimlinin razılığı əsasında edir. Yəni Əli Kərimli ilə Qənimət Zahid şərik olublar”. Bunu  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

"Borussiya" Obameyanqa əvəzləyici tapdı

2 Fevral 2017 14:11

"Borussiya" rəhbərliyi yayda komandadan ayrılacağı gözlənilən Pyer-Emerik Obameyanqa əvəzləyici axtarışına çıxıb. Dortmund təmsilçisi diqqətini İspaniyaya yönəldib.

Almaniya vətəninə geri qayıdan qaçqınlara pul ödəyəcək

2 Fevral 2017 14:09

Almaniyanın Daxili İşlər Nazirliyi könüllü şəkildə vətəninə qayıtmağa razılaşan qaçqınlara pul ödənməsini nəzərdə tutan "Başlanğıc yardım üstəgəl" adlı miqrasiya proqramının başlamasını elan edib.

Polisə kamera quraşdıracaqlar

2 Fevral 2017 14:07

Nyu-Yorkda polis təşkilatı demo versiyada hazırladığı layihəni həyata keçirməyə başlayıb. Geyinilə bilən VIEVU markalı kameralar sayəsində polislər həm öz təhlükəsizliklərini qoruyacaq, həm də baş verən hadisələri dərhal kameranın yaddaşına köçürə biləcəklər.

Ermənistan ordusuna məxsus avtomobil qəzaya uğrayıb, 26 əsgər xəsarət alıb

2 Fevral 2017 14:04

Ermənistanda “Ural” markalı hərbi avtomobil qəzaya uğrayıb. Hadisə Qafan rayonu ərazisində baş verib. 

Rumıniyada polislə toqquşmalar - 100 minlərlə insan küçələrdədi

2 Fevral 2017 14:02

Rumıniyada hökumətin istefası tələbi ilə keçirilən etiraz aksiyaları davam edir.  Ölkənin yüz minlərlə sakini minlərlə məhbusun əfvini və bəzi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin təsdiqinə etiraz olaraq küçələrə çıxıb.

Qaradağda nənə və nəvə itkin düşüb

2 Fevral 2017 13:59

Bakıda nənə və nəvəsi itkin düşüb. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, Rahim Hacıyev polisə ərizə ilə müraciət edərək həyat yoldaşı, 46 yaşlı Nəzakət Hacıyeva və nəvəsi, 4 yaşlı Ləman Hacıyevanın yanvarın 30-da evdən çıxaraq getdiklərini və bir daha geri qayıtmadıqlarını bildirib. Polisə daxil olan məlumat əsasında axtarışlara başlanıb.

Keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb

2 Fevral 2017 13:58

Bakı şəhər sakinində İsmayıl Həsənovdan 1,005 kq heroin və 4,58 kq marixuana aşkarlanıb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Həsənovdan 1 kiloqram 5 qram heroin və 4 kiloqram 580 qram marixuana götürülüb.