Gündəm

Buz üstə sürüşüb yıxılan kişi dünyasını dəyişib

2 Fevral 2017 13:57

Bakı sakini sürüşüb yıxılması nəticəsində aldığı xəsarətdən ölüb. “Olaylar” DİN-in saytına istinadən xəbər verir ki, hadisə fevralın 1-də Yasamal rayonunun Ə.Əhmədov küçəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 47 yaşlı Daməd Hüseynov sürüşüb yıxılması nəticəsində aldığı xəsarətdən ölüb.

Avtoqəzada sürücü ölüb, 6 nəfər isə yaralanıb

2 Fevral 2017 13:54

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, fevralın 1-də saat 15 radələrində Gəncə şəhərində Ağcabədi rayon sakini Elşad Tağıyev idarə etdiyi "Mercedes Vita" markalı avtomobili aşırıb. Nəticədə sürücü və arvadı Zərnigar, oğlu Elçin, atası Volodya, anası Sevil, bacısı Sevinc və onun oğlu Röyal xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Avtomobil 85 yaşlı qadını vurub öldürdü

2 Fevral 2017 13:53

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 1-də saat 11 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində şəhər sakini Samir Səlimov idarə etdiyi "Daevoo" markalı avtomobillə yolu keçən həmyerlisi, 85 yaşlı Zinaida İbrahimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Evdən sahibinin yanmış meyiti tapılıb

2 Fevral 2017 13:52

Fevralın 1-də saat 14 radələrində Ağdaş rayonunun Qarağan Sədi kəndində yaşayan 89 yaşlı Səftər Mustafayevin evində partlayış baş verib. DİN-dən veriləın məlumata görə, ilkin məlumata əsasən partlayışa səbəb məişətdə istifadə olunan qaz balonunun nasazlığı olub. Belə ki, qaz balonundan yanğına keçən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.

12 bələdiyyə barədə cinayət işi açılıb

2 Fevral 2017 13:45

Fevralın 2-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrlə bağlı illik məruzəsi müzakirə edilib. “Olaylar” xəbər verir ki, məruzədə bildirilir ki, 2016-cı ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların müraciətləri daxil olub, eyni zamanda bələdiyyə aktlarının ekspertizası aparılıb.

Diaspor rəhbəri bələdiyyə sədri ilə görüşüb

2 Fevral 2017 13:41

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Azərbaycan Heydər Əliyev Kültür Evininsədrivə üzləri İzmit Bələdiyyəsinin sədriNevzat Doğanla görüşüb. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Polşa mediasında Azərbaycanla bağlı məqalə dərc olunub

2 Fevral 2017 13:39

Polşanın Wiadomosci.ngo.pl portalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib. “OLAYLAR”-ın zəbərinə görə, “Azərbaycanın timsalında multikulturalizm” adlı məqalədə ölkə əhalisinin əksəriyyətinin müsəlmanlar təşkil etməsinə baxmayaraq, Azərbaycanda həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələrinin rahat yaşaması üçün bütün şəraitin yaradılması qeyd olunub.Bundan başqa,yazıda müsəlmanlarla yəhudilərin nümunəvi birgə yaşayışının təmin edilməsi xüsusi vurğulanıb və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin himayəsi ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzinin inşa edildiyi qeyd olunub. Məqalənin müəllifi Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, yazıda Ermənistanın Azərbaycanın 20 faiz torpagını işğal etməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam etdiyini də vurğulayıb. Yazının müəllifi Nail Əhməd Polşa mediasında analoji yazıların davamlı olacağını bildirib.

Bilik Fondunda sual – cavab

2 Fevral 2017 13:37

Gecə boyu yollar qar və buzdan təmizlənib 

2 Fevral 2017 13:37

Ötən gecə və səhər saatlarında olduğu kimi bu gün də avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhərinin “Azəravtoyol” ASC-nin balansında olduğu küçə və prospektlərin, o cümlədən respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi istiqamətində işlər aparılıb.

Dövlət proqramları gəncliyin yüksək inkişafına xidmət edir

2 Fevral 2017 13:36

“Ölkəmizdə müəyyən bir sferanın inkişafı üçün həmn sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" qanunla müəyyənləşdirilib”.

Deputat ümidsiz kreditlərdən çıxış yolunu göstərdi

2 Fevral 2017 13:35

“Bir sıra məsələlər var ki, onlara Azərbaycan prezidentinin müəyyənləşdirdiyi hədəflər kontekstində yanaşanda, görürük ki, əsas virus maliyyə və bank sektorundadır. Bu virusu aradan qaldırmaqla Azərbaycan iqtisadiyyatını düşdüyü vəziyyətdən çıxmasını sürətləndirmək olar”. Bunu deyən millət vəkili Əli Məsimlinini sözlərinə görə,  ümumi maliyyə sağlamlaşdırılması istiqamətində işlər görülməlidir.

Gecə və səhər yollar buz bağlayacaq

2 Fevral 2017 13:34

 “Olaylar” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən  bildirir ki, fevralın 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

“Rayonda yaşayan vətəndaşlar 2.5 dəfə çox faizlə kredit götürürlər”

2 Fevral 2017 13:28

“Mərkəzi Bankın rəsmi rəqəmlərində Bakı ilə rayonlar arasında həm kredit məbləği, həm də faiz dərəcəsi üzrə ciddi fərq var”.

Tramp bu ölkəni işğalla hədələdi - TELEFON DANIŞIĞI

2 Fevral 2017 13:26

ABŞ prezidenti Donald Tramp meksikalı həmkarı Enrike Penya Nyeto ilə telefon söhbətinin gedişatında Meksikaya Amerika qoşunlarını yeritməklə hədələyib.

“Heç bir Ukrayna olmayacaq, məhv edəcəyəm!” - Jirinovski canlı yayımda SÖZ VERDİ - VİDEO

2 Fevral 2017 13:22

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski prezident seçkilərində qələbə qazanacağı halda Ukraynanı məhv edəcəyini bildirib. Siyasətçi bu bəyanatla “Rossiya 1” telekanalının birbaşa efirində çıxış edib.