“Heç bir Ukrayna olmayacaq, məhv edəcəyəm!” - Jirinovski canlı yayımda SÖZ VERDİ - VİDEO

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski prezident seçkilərində qələbə qazanacağı halda Ukraynanı məhv edəcəyini bildirib. Siyasətçi bu bəyanatla “Rossiya 1” telekanalının birbaşa efirində çıxış edib.

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski prezident seçkilərində qələbə qazanacağı halda Ukraynanı məhv edəcəyini bildirib. Siyasətçi bu bəyanatla "Rossiya 1" telekanalının birbaşa efirində çıxış edib.

Jirinovski söz verib ki, Kremlə girişdən üç gün sonra bütün Ukrayna hökumətini həbs edəcək.

"Hələ Putini xatırlayacaqsınız ki, o, xeyirxah idi. Hər şeyi məhv edəcəyəm! Heç bir Ukrayna olmayacaq! Hamı həbs ediləcək! Və yalnız hərbi yolla! Prezident seçiləcəyim halda bunu edəcəyəm!", - deyə Jiriniovski bildirib.

Xatırladaq ki, Jirinovski daha əvvəl "Avropanı məhv etmək" ehtiyacını dilə gətirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31