Bilik Fondunda sual – cavab

2014-cü il, mayın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun missiyası əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına, gənclərə qloballaşma şəraitində cərəyan edən proseslərin təhlil olunması bacarığının aşılanmasına, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərlərin təbliğatına, daxili və xarici siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasına xidmət etməkdir.

Fond əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirir.

Bilik Fondunun rəsmi internet səhifəsi olan bilikfondu.gov.az saytında açılan maarifləndirmə pəncərəsi izləyicilərin elmi maarifləndirmə, iqtisadi maarifləndirmə, mədəni maarifləndirmə, hüquqi maarifləndirmə, tibbi maarifləndirmə, ekologi maarifləndirmə bölmələri üzrə suallarına lakonik və dəqiq cavab verilməsi üçün yaradılıb.

İzləyici təqdim edilən e-mail ünvanına sual göndərəcək və qısa zamanda o sual tanınmış mütəxəssislər tərəfindən cavablandırılaraq, saytımızın "Maarifləndirmə" pəncərəsinin müvafiq bölmələrində yerləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31