Diaspor rəhbəri bələdiyyə sədri ilə görüşüb
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Azərbaycan Heydər Əliyev Kültür Evininsədrivə üzləri İzmit Bələdiyyəsinin sədriNevzat Doğanla görüşüb. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.
2 Fevral 2017 13:41 SosialTürkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Azərbaycan Heydər Əliyev Kültür Evininsədrivə üzləri İzmit Bələdiyyəsinin sədriNevzat Doğanla görüşüb. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, görüşdə TADEF sədri Bilal Dündar Federasiyanın fəaliyyəti və gələcəkplanları haqqında məlumat verərəkN.Doğana verdiyi dəstəyə, o cümlədən 2015-ci ildə Xocalı Şəhidlər Abidəsinin inşası və açılış mərasimində iştirakına görə minnətdarlığını bildirib. Bununla yanaşı, Nəsimi Bələdiyyəsi ilə qardaş bələdiyyə olan İzmit Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərində "Peşmaniyə Festivalı"nın keçirilməsi və Azərbaycanın paytaxtında parkın açılışı, Kocaeli Universitetində təhsil alan azərbaycanlı tələbələrı velosiped hədiyyə edilməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Qeyd edək ki, Kocaeli Universitetində 186 azərbaycanlı tələbə təhsil alır. Görüş zamanı N.Doğan Federasiyanın fəaliyyətini yaxından izlədiyini və müzakirə olunan məsələlərin yaxın vaxtlarda həllini tapacağını bildirib.N.Doğan İzmit Bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Azərbaycan Heydər Əliyev Kültür Evi arasındakı əməkdaşlıq əlaqələrinin və dəstəyin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.