Alman və fransız dillərindən doktoranturaya qəbul imtahanları
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin doktoranturasına alman və fransız dillərindən qəbul imtahanları keçirilib.
2 Fevral 2017 14:26 SosialAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin doktoranturasına alman və fransız dillərindən qəbul imtahanları keçirilib. İmtahanlar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı əsasında yaradılmış İmtahan Komissiyasının üzvlərinin iştirakı ilə Mərkəzi Elmi Kitabxanada baş tutub.
Qeyd edək ki, imtahanda şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinə video-müşahidə sistemi vasitəsilə nəzarət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31