BMT Türkiyənin FETÖ ilə bağlı tələbini qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) qeyri-hökumət təşkilatları üzrə Komitəsi Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı Türkiyənin irəli sürdüyü tələbi qəbul edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) qeyri-hökumət təşkilatları üzrə Komitəsi Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı Türkiyənin irəli sürdüyü tələbi qəbul edib. Tələbə əsasən FETÖ ilə əlaqəli təşkilatların BMT-dəki məsləhətçi statusu ləğv edilib.

Qeyri-hökumət təşkilatlarının BMT-nin işlərinə qatıla bilməsi üçün 54 üzvü olan BMT-nin İqtisadi və İctimai Şurasından (EKOSOK) status almalıdır. FETÖ-yə bağlı "Kimsə Yoxmu" dərnəyi 2010, Jurnalistlər və Yazarlar Vəqfi və TUSKON 2012-ci ildən EKOSOK-nun nəzdində məsləhətçi statusu alıb.

Türkiyədə FETÖ-yə bağlı bu təşkilatların BMT-dəki məsləhətçi statusunun ləğvi üçün müraciət edib. Müraciət (BMT) qeyri-hökumət təşkilatları üzrə Komitəsində qiymətləndirildikdən sonra səsverməyə çıxarılıb. Səsvermədə komitənin 19 üzv ölkəsindən 16-sı Türkiyənin tələbinə dəstəkləyib. Bu barədə Publika.az Türkiyə mediasına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31