Trampın qəbul etdiyi dərmanların SİYAHISI-nı həkimi açıqladı

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi yerli mətbuata müsahibəsində yeni prezidentin hansı dərmanları qəbul etdiyini açıqlayıb.

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi yerli mətbuata müsahibəsində yeni prezidentin hansı dərmanları qəbul etdiyini açıqlayıb. D.Tramp sızanaqların yaranmasının qarşısının alınması üçün müntəzəm olaraq tetrasklin antibiotiki qəbul edir.

Bundan başqa, ürək tutması riskinin azalması məqsədilə uşaq aspirini də yeni prezidentin qəbul etdiyi dərmanlar siyahısındadır.

Həkim Harold Bornsteynin sözlərinə görə, 70 yaşlı prezident saçlarının tökülməsinin qarşısının alınması üçün və prostat adenomasının müalicəsi üçün finasterid preparatını qəbul edir. Bu barədə Trend "New York Times" qəzetinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31