Keçən il hakim partiyaya 23 min nəfər üzv olub
Fevralın 2-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın hakim partiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda YAP İdarə Heyətinin 2016-cı ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək, qeyd edib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam etdirilmişdir. Ötən ilin başlıca siyasi hadisəsi Azərbyacan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) olub.
2 Fevral 2017 14:35 SosialFevralın 2-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın hakim partiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda YAP İdarə Heyətinin 2016-cı ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək, qeyd edib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam etdirilmişdir. Ötən ilin başlıca siyasi hadisəsi Azərbyacan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) olub. Hesabat dövründə Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib. Qeyd edilibr ki, Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində 23 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 688 min nəfəri keçib.