Gündəm
Türkiyə səfirinə BANM-in “Fəxri qonaq” diplomu verilib
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə BANM-nin tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan danışan rektor Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb, Türkiyənin Orta Doğu Teknik Universiteti ilə əlaqələrin qurulması istiqamətində, eləcə də Ali Məktəblə YÖK (Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı görülən işlərdən söz açıb.
Məcburi köçkünlərlə müşavirə keçirilib
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə geniş müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müşavirədə Prezidentin məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncam ətrafında müzakirələr aparılıb.
Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, cari ilin fevral ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 2 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib. Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-ə çatıb.
Müəllimlərin iqtisadi bilik və bacarıqları artırılır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumatda bildirilib ki, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
Canəli Əkbərovdan tələbəsinə: Ay qız, “buramı ovuşdur, oxay…”
Dünyada elə bir ölkə tanımıram ki, mədəniyyətə, musiqiyə, incəsənətə dövlət səviyyəsində bu qədər dəyər verilsin. Mən hələ Muğamımızı demirəm. Dövlət, bilavasitə Heydər Əliyev fondunun dəstəyi ilə bugün Muğamımız dünyaya səs salır. Mənə, bir nəfər muğam ifaçısı göstərin ki, nədəsə korluq çəksin. Vallah mən, görməmişəm. Maşallah, xan kimi yaşayırlar. Amma son günlər bəzi muğam ustalarına görünür xan kimi yaşamaq düşməyib, onlar, muğam ustasından söz ustasına çeviriliblər. Özü də “vorovskoy”… Yəqin ki, hazırda bu yazını oxuyanlar söhbətin muğam ifaçısı, özü də xalqın artisti Canəli Əkbərovdan getdiyini müəyyən etdilər. Qardaş, nə yalan deyək, adam hər il muğamla olmasa da, bir sörgüşəzti ilə diqqət mərkəzinə düşür də…Yadınızdadırsa, 2013-cü ilin elə fevral ayında öz qız tələbələrinə özünü masaj elətdirən, arada bir də, Ay qız, “buramı ovuşdur, oxay…” deyib internetdə fenomenı çevrilən Canəli Əkbərov – “Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər” deyə açıqlama verərək, sanki heç kəsi saymırmış kimi özünü Maldiv adalarının şeyxi hiss edirdi.
Vüqar Əhməd Canəli Əkbərovu üzr istəməyə səslədi: "Bu biabırçılığa son qoy"
Filologiya elmləri doktoru, professor Vüqar Əhməd Canəli Əkbərovu biabırçılığa son qoymağa çağırıb. Nəğməkar şair Canəli Əkbərova səslənərək onu böhtan və şəxsiyyəti təhqir edən ifadələr səsləndirməkdən vaz keçməyə, üzr istəməyə səsləyib. Movqe.az Vüqar Əhmədin Canəli Əkbərova xitabən müraciətini təqdim edir: "Muğam mənəvi möhtəşəm mədəniyyət abidəmizdir.
Sona Vəliyevanın kitabının Tatarıstanda təqdimatı keçiriləcək
Filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın “Arazbarı” şerlər kitabının Tatarıstan Respublikasında təqdimat mərasimi keçiriləcək.
Gənclər Mədəniyyət və Turizm Nazirliyində olub
Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında baş tutub. Qurumdan “OLAYLAR”-a bildirilib ki, tur zamanı iştirakçılar ilk öncə Nazirliyin iş strukturu, şöbələrlə tanış olublar. Daha sonra nazirliyin nümayəndələri tərəfindən təşkilat rəhbərlərinə turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə strategiyaları, bu potensialın necə artırılması, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat verilib.
Partiya sədrindən Belarus prezidentinə təşəkkür məktubu
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Belarus prezidenti Aleksadr Lukaşenkoya təşəkür məktubu ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə, məktubda ALDP sədri rəhbərlik etdiyi partiya üzvləri və öz adından Aleksandr Lapşının Azərbaycana ekstradisiyası məsələsində prinsipialığınıza görə Lukaşenkoya təşəkkürünü bildirir: “Baxmayaraq ki, Sizə təzyiqlər olub, Siz bir daha sübut etdiniz ki, müstəqilsiz və müstəqil Belarus Respublikanın prezidentisiz. Belarus xalqının Sizə böyük hörmətinin və etimadımım olduğunu şəxsən bilirəm. Hörmətli cənab Prezident! Dünya liderlər sırasında xüsusi yeriniz var və Azərbaycan üçün bu prinsipial məsələdə Siz bunu bir daha sübut etdiniz”.
"PKK-nı terror təşkilatı saymırıq"
Rusiya Xarici İşlər Nazirliyinin idarə rəisi PKK və PYD-ni terror təşkilatı saymadıqlarını bəyan edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin 4-cü Avropa Departamentinin rəhbəri Aleksandr Botsan-Xarçenko deyib. "Moskvada hesab edirlər ki, Kürdüstan İşçi Partiyası və Suriyada fəaliyyət göstərən kürd xalqının özünümüdafiə dəstələri terror təşkilatları deyil. Rusiyada bu təşkilatlar rəsmi olaraq terror təşkilatlarının sırasına aid edilməyib. Bu, faktdır, vəziyyət bu cürdür", - deyə diplomat vurğulayıb.
Energetika Nazirliyində görüş
Energetika Nazirliyində İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersmanla energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan energetika naziri iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs edib. Azərbaycanı Avropa üçün vacib ölkə hesab edən səfir xanım İnqrid Tersman isə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yeni inkişaf səviyyəsini təmin edəcək tədbirlərin həm də İsveçlə ikitərəfli münasibətlərin genişlənməsinə təsir göstərəcəyini vurğulayıb. Səfir ölkəsinin daha çox bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunu həyata keçirdiyini vurğulayaraq, Azərbaycanda bu istiqamətdə görülən işlər və beynəlxalq şirkətlərin iştirakı ilə maraqlanıb.
Qonağını balta ilə qətlə yetirdi
Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində, 502 saylı evdə baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu evinə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Quliyev R.Hətəmovu balta ilə qətlə yetirib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin evi qarət edildi
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanınmış jurnalist AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin evi qarət olunub. Məlumata görə, hadisə Binəqədi rayonun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivindəki həyət evində baş verib. Fevralın 8-də saat 15:00 radələrində evə girən nəmalum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.Faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Araşdırma aparılır.
Bakıda 6 mərtəbəli binada yanğın olub
Nəsimi rayonunda mansard tipli altımərtəbəli inzibati binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın zirzəmisindən mansardına qədər şaxtadan keçən elektrik kabelləri 30 p.m yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı Mühəndislik Universiteti Təhsi Nazirliyinə tabe olmayacaq
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib. Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.














