Məcburi köçkünlərlə müşavirə keçirilib  

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə geniş müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müşavirədə Prezidentin məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncam ətrafında müzakirələr aparılıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə geniş müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müşavirədə Prezidentin məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncam ətrafında müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşdığı obyektlərdə qaz sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir. Göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir. Sonda baş nazirin müavini Ə.Həsənov bu fərman və sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31