Türkiyə səfirinə BANM-in “Fəxri qonaq” diplomu verilib

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə BANM-nin tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan danışan rektor Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb, Türkiyənin Orta Doğu Teknik Universiteti ilə əlaqələrin qurulması istiqamətində, eləcə də Ali Məktəblə YÖK (Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı görülən işlərdən söz açıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə BANM-nin tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan danışan rektor Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb, Türkiyənin Orta Doğu Teknik Universiteti ilə əlaqələrin qurulması istiqamətində, eləcə də Ali Məktəblə YÖK (Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı görülən işlərdən söz açıb. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün Ali Məktəbə yenidən dəvət edib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə və Azərbaycan əlaqələrinin chr("39")chr("39")bir millət iki dövlətchr("39")chr("39") prinsipi üzərində qurulduğunu söyləyib, BANM ilə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu bildirib. Görüşün sonunda səfirə "Fəxri qonaq" diplomu təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31