Gənclər Mədəniyyət və Turizm Nazirliyində olub  

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında baş tutub. Qurumdan “OLAYLAR”-a bildirilib ki, tur zamanı iştirakçılar ilk öncə Nazirliyin iş strukturu, şöbələrlə tanış olublar. Daha sonra nazirliyin nümayəndələri tərəfindən təşkilat rəhbərlərinə turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə strategiyaları, bu potensialın necə artırılması, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat verilib.

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında baş tutub. Qurumdan "OLAYLAR"-a bildirilib ki, tur zamanı iştirakçılar ilk öncə Nazirliyin iş strukturu, şöbələrlə tanış olublar. Daha sonra nazirliyin nümayəndələri tərəfindən təşkilat rəhbərlərinə turizmin inkişafı üçün Azərbaycan ərazisindəki əlverişli imkanlardan istifadə strategiyaları, bu potensialın necə artırılması, beynəlxalq təcrübələr kimi bir sıra mövzular haqqında məlumat verilib.

Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31