Müəllimlərin iqtisadi bilik və bacarıqları artırılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumatda bildirilib ki, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. "OLAYLAR"-a Təhsil İdarəsindən daxil olan məlumatda bildirilib ki, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarətdir. Ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərdə iştirak edib. Təlimlərin yekununda qiymətləndirmə aparılıb və nəticələrə uyğun olaraq, müəllimlərə sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31