Sona Vəliyevanın kitabının Tatarıstanda təqdimatı keçiriləcək
Filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın “Arazbarı” şerlər kitabının Tatarıstan Respublikasında təqdimat mərasimi keçiriləcək.
9 Fevral 2017 12:22 SosialFilologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın "Arazbarı" şerlər kitabının Tatarıstan Respublikasında təqdimat mərasimi keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, təqdimat mərasimi Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi və Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq. Fevralın 13-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi paytaxt Kazan şəhərində reallaşacaq. Təqdimat mərasimi zamanı iştirakçılara Sona Vəliyevanın elmi və yaradıcılıq fəaliyyəti, müəllifi olduğu digər kitablar barədə də məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31